BİZİM DİNİ ƏQİDƏMİZ (5)



36 – Cismani məad[2]

Biz inanırıq ki, Qiyamət gü insanın ruhu və cismi (bədən üzvləri) əncam verdiyi əməllərə, birlikdə cavab verməli olacaqdır. Çünki insanın əncam verdiyi hər bir iş cismin və ruhun birlikdə olan tələbatı-istəyilə baş vermişdir. Elə bu səbəbdən də təkcə ruh yox, hər ikisi mükafat və cəza müqabilində qiymətləndiriləcəkdir (ölçüləcəkdir).

Quranın məad barəsində olan ayələrinin çoxu cismani məada təkid edir. Quran, «Bu çürümüş sümüklər yenidən necə həyata qaytarılacaqdır?» deyə təəccüb edən müxaliflərə belə cavab verir: «Əvvəlinci dəfə onu torpaqdan yaradan kəs (Allah), bu işə (ona yenidən həyat verməyə) qadirdir!» (Yasin, 79) və ya buyurur «İnsan elə güman edir ki, onun (çürümüş) sümüklərini toplaya (dirildə) bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının (başının) cizgilərini də, düzəltməyə (Əvvəlki kimi düzəltməyə)qadirik (Qiyamət, 3-4) Göründüyü kimi bu ayələr cismani məadı, ruhla birgə bədənin (cismin) də, Qiyamət gü cavab verməli olacağına təkid edir.

«Siz öz qəbirlərinizdən ayağa qaldırılacaqsınız! »- mövzusunda olan ayələr də cismani məada inamı vacib edir. (Məsələn; Yasin, 51-52; Qəmər, 7; Məaric, 43)

37 – Ölümdən sonrakı aləm

İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Behişt və Cəhənnəm, bizim təsəvvür etdiyimiz kimi deyil, həqiqətdə ondan daha da, üstün şəkildədir. Quran buyurur: «H kəsin xəbəri yoxdur ki, gördüyü yaxşı işlərə gö onun üçün (yaxşılar üçün) qeyb aləmində gözləri işıqlandıran necə mükafat yığılıbdır!» (Səcdə, 17) Peyğəmbər (s. ə.)-in məşhur hədisində belə buyurulur: Allah-Taala buyurur: «Mən öz saleh əməlli bəndələrim üçünzlərin indiyədək görmədiyi, qulaqların eşitmədiyi və indiyədək ürəklərə dammayan nemətlər hazırlamışam! (Axirət nemətləri)[3]» Doğrusu, biz bu məhdud dünyada, ana bətnində olan uşağa bənzəyirik. Ana bətnində olan uşaq, əgər ağıla və düşüncəyə malik olsa, anasının bətnindən kənarda olan varlıqlar, həqiqətlər haqqında (məsələn; günəş, ay, sərinlik, əsrarəngizllər, dəniz ləpələri) düzgün fikir yürüdə bilməz! Yaşadığımız dünya da, Axirət dünyası ilə müqayisədə, belədir.

38 – Məad və əməl kağızlarımız

Bizim etiqadımıza əsasən Qiyamət gü, əməl namələrimizi (nameyi-əməl – yaxşı və pis əməllərin yazıldığı kağız-səhifələr) əllərimizə verərək, etdiyimiz işlərə gö sorğu-sual edəcəklər.

Yaxşı əməl sahiblərinin əməl kağızını, onların sağ əlinə, pis əməlli insanların əməl naməsini isə, sol əlinə verəcəkdirlər. Saleh möminlər öz əməl namələrini oxuduqda çox şad, lakin pis insanlar isə əməl namələrini oxuduqda narahat olacaqlar. Əl-haqqə surəsi, 19-25-ci ayələrdə oxuyuruq: Nameyi-əmalı sağ əlinə verilən kəs deyər: «Mənim naməmi alın oxuyun! Mən qəti bilirdim ki, öz hesabımırəcəyəm». O gözəl bir yaşayışda olacaqdır!... Lakin hər kəsin nameyi-əmalını sol əlinə versələr, deyər; «Kaş mənim naməmi əlimə verməyəydilər! Və bilməyəydim mənim hesabım nədir.»

Amma nameyi-əmal nədir? Necə bir yazıdır ki, h kəs onun möhtəvasını inkar edə bilməz? Bütün bunların həqiqəti bizə tam şəkildə aydın deyildir. Əslində, əvvəldə işarə etdiyimiz kimi məad və Qiyamətin bir çox həqiqətlərinin, xüsusiyyətlərinin bəzi məsələləri bizə tam aşkar deyildir. Və onları olduğu kimi anlamaq qeyri-mümkündür. Amma ümumi surətdə, biz, Məad və Qiyamətin hadisələrindən (məlumatlıyıq) xəbərdarıq.

39 – Əməlləri müşahidə etmək və onların Qiyamət günü verdiyi şəhadət

Qiyamət gü Allah-Taala bizim bütün əməllərimizə şahiddir. Amma bundan əlavə bəzi şahidlər də, məsələn; bəzi əməlimiz, ayaqlarımız, üzərində addımladığımız yer, hətta bədənimizin dərisi də, bizim əncam verdiyimiz yaxşı və pis əməllərə şahidlik edəcəklər. Qurani-Kərim buyurur: «Bu gün (Qiyamət gü) biz onların ağızlarını möhürləyərik. Əncam verdikləri əməlləri barəsində isə əlləri bizimlə danışaraq, ayaqları şəhadət verəcəkdir!» (Yasin, 65) yaxud başqa bir ayəyə nəzər saldıqda; «Odun (cəhənnəm odunun) kənarına gəldikdə, qulaqları, gözləri və dəriləri gördükləri işlərlə əlaqədar onlara qarşı şəhadət verərlər. (Onlar) Öz dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz?» (dərilər) deyərlər: «O Allah ki, hər şeyi danışdırar, bizi danışdırdı! (sizin əməllərinizi ifşa etməyi bizə tapşırdı.)» (Fussilət, 20-21)

Zəlzələ surəsinin, 2-3-cü ayələrində buyurulur: «O gün, yer öz xəbərlərini söylər. O şeydən ki, Pərvərdigarın ona vəhy etmişdir!» (ki, bu vəzifəni yerinə yetirsin).

40 – Sirat körpüsü və əməl tərəzisi

Biz Qiyamət günündə Sirat körpüsünün və əməl tərəzisinin olacağına inanırıq.



back 1 2 3 4 next