BİZİM DİNİ ƏQİDƏMİZ (5)



DÖRDÜNCÜ FƏSİL

 

Qİyamət günü və ölümdən sonrakı həyat


34 – Məadsız[1] həyat mənasızdır

Biz inanırıq ki, dünyasını dəyişən bütün insanlar bir gün (Qiyamət günü), yenidən Allahın əmrilə diriləcəklər. Və o gündə, onların əməllərinə baxılaraq, yaxşı və saleh əməl sahiblərini əbədi olaraq behiştə, pis əməl sahiblərini isə cəhənnəmə daxil edəcəklər. Qurani-Kərim buyurur: «Allahdan başqa tanrı yoxdur. Şübhəsiz, baş verəcəyində heç bir şəkk olmayan Qiyamət günündə sizin hamınızı bir yerə yığacaqdır.» (Nisa, 87) Yaxud Naziat surəsi 37-41 ayələrdə deyilir: «Tüğyan edən və bu dünya həyatını üstün tutanın yeri (yəqin bil) cəhənnəmdir. Lakin Rəbbinin əzəmətindən qorxub nəfsini (öz pis) istəyindən qoruyanın yeri (yəqin bil) behiştdədir!»

Bu dünya bir körpüyə bənzəyir ki, bütün insanlar ondan keçərək, axirət dünyasına qədəm qoymalıdırlar. Başqa bir ibarət ilə desək, bu dünya bir ticarət mərkəzinə (bazara), yaxud əkin yerinə oxşayır ki, onun mənfəətləri Qiyamət gü ə gəlir, (bu dünyada əkdiklərini o dünyada biçirsən). Əli (ə) buyurur:

«Dünya, onunla sədaqətlə (düzgün şəkildə) rəftar edən kəslər üçün doğruluq və düzgünlük məkanıdır. Ondan azuqə götürənlər üçün ehtiyacsızlıq sarayıdır. Ondan ibrət alanlar üçün agahlıq və ayıqlıq məkanıdır! Dünya Allahın dostlarının məscididir! Dünya mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu yer, həqqsevərlərin ticarət məkanıdır! Yalnız bu dünyada əncam verilən saleh əməllərin vasitəsilə behişti qazanmaq mümkündür!» («Nəhcül-bəlağə» – qısa kəlamlar, 131)

35 – Məadın sübut və dəlilləri gün tək aydındır

Məadın dəlilləri hər bir kəsə gün tək aydındır. Çünki;

1 – Bu dünyanın həyatı insan yaranışının son hədəfi ola bilməz! Necə ola bilər ki, bu dünyanın məhdud, bir neçə günlük müxtəlif əziyyətlər, çətinliklərlə dolu həyatını başa vuran insan yoxluğa-heçliyə doğru yuvarlana? İnsan həyatının bu qədər bihudə və mənasız olması, Allahın insanı belə bir dəyərsiz hədəflə yaratması, ağıla uyğun olan fikir deyildir.

Qurani-Kərim bu barədə belə buyurur: «Belə güman edirsiniz (sanırsınız) ki, sizi boş yerə, bihudə yaratmışıq və Bizə tərəf qaytarılmayacaqsınız?!» Ayədən göründüyü kimi məlum olur ki, əgər qiyamət günü – məad olmasaydı yaşadığımız dünyanın yaranışı, həyatı bihudə və puç nəzərə gələrdi.

2 – Allahın ədalətinin tələb etdiyinə görə, yaxşılar və pislər bir-birindən ayrılmalı, hər biri öz əməllərinin mükafatını və cəzasını almalıdır. Yaşadığımız dünyada isə yaxşılar və pislər bərabər şəkildə mükafatlandırılır. Casiyə surəsinin 21-ci ayəsində buyurulur: «Onlar ki, pis iş görürlər (pis əməl sahibləridirlər) yoxsa belə xəyal edirlər ki, onları, iman gətirən və yaxşı iş görənlər kimi qərar verəcəyik?! Necə də, pis qəzavət edirlər (hökm verirlər)!»

3 – Allahın sonsuz Rəhmətinə əsasən Onun feyz və mərhəməti öz layiqli bəndələrindən h vaxt kəsilməmişdir. Allahın dəyərli və gözəl bəndələri daim kamilliyə doğru irəliləmə imkanına malik olmalıdırlar (istər bu dünyada, istərsə də axirətdə). Quran buyurur: «Rəhməti ö üçün yazmışdır (Özünə vacib etmişdir). Şübhəsiz, (baş verəcək) Qiyamət günündə sizin hamınızı (bir yerdə) toplayacaqdır!»nam, 12) Quran Qiyamət gününə tərəddüd edən, inanmaq istəməyən şəxslərə xitab edərək belə buyurur: «Necə də, Allahın ölüləri diriltməyə qadir olduğuna şəkk edirsiniz? Bir halda ki, O, sizi yoxdan yaratdı! Əvvəlcə sizi torpaqdan yaradan Allah, bir daha sizi diriltməyə qadirdir». Qaf surəsinin 15-ci ayəsində buyurulur: «İlk yaradılışda (sizin ilk yaradılışınızda) acizmi olduq? (Nə üçün Qiyamət günündə şəkk edirsiniz?!) Yox. Onlar (bu aşkar dəlillərlə birgə) yenidən yaradılacaqlarında (diriləcəklərində) şübhədədirlər!» Başqa bir ayədə deyilir: «Öz yaradılışını unudaraq, bizə bir misal göstərirlər ki; «Bu çürümüş sümükləri kim dirildəcəkdir?» De ki; «Onları ilk dəfə yaradan (yoxluqdan var edən) dirildəcək! O hər şeyi yaratmağa qadirdir.» (Yasin, 78-79)

Əlavə etmək lazımdır ki, insanın yaradılışı, səmaların və yerin yaradılışı məsələsindən çox da əhəmiyyətli, mühüm deyildir. Bu geniş və əsrarəngiz sirlərlə dolu dünyanı yaradan Uca Xaliq şübhəsiz ölüləri diriltməyə də, qadirdir! Əhqaf surəsində buyurulur (33-cü ayə): «rmürlərmi ki, göyləri və yeri yaradan və onları yaratmaqda aciz qalmayan vahid Allahdır?! Əlbəttə, O, ölüləri də, dirildə bilər! Bəli, O, hər şeyə qadirdir!»



1 2 3 4 next