ƏLİ(Ə) KİMDİR? (2)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

BESƏT - HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYƏ ÇATDIĞI DÖVR

Bu fəsildəki söhbətlərə başlamazdan qabaq həzrət Peyğəmbərin besətinə nəzər salmaq lazım gəlir. Yalnız bundan sonra be’sət məsələsində mühüm payı olan həzrət Əlinin (ə) həyatını araşdırmaq olar.

Həzrət Peyğəmbər (s) gənclik dövründən başlayaraq, adətən, həmin dövrün çirkin cəmiyyətindən kənarlaşıb, təklikdə düşüncə və ibadətə məşğul olardı. Həzrət yaranış nizamı, təbiətin ümumi qanunları, varlıq aləminin sirlərini mütaliə edərdi. Qırx yaşına çatdıqda özünə ibadət yeri seçdiyi Həra dağında əbədiyyət şö’lələri onun daxilini işıqlandırdı və onun üçün varlıq aləminin sirlərinə pəncərə açıldı. Dili həqiqətlərin açıqlanması üçün hərəkətə gəldi və həzrət xalqın hidayəti üçün əmr aldı. Həzrət Məhəmməd (s) gördüyü hər şeydən həqiqət qoxusu duyur, harada olurdusa həqiqət axtarırdı. Qəlbində fəryad qopmuş bu insanın dili sükuta qərq olmuşdu. Amma onun ilahi siması belə bir həqiqətdən danışırdı.

Könlümün qatında bilməm olan nə,

Mən aram durmuşkən o ağlar yenə.

Həzrət arabir sirrini Xədicəyə açar, başqalarındansa gizləyərdi. Xədicədə öz növbəsində ona ürək-dirək verərdi. Bir müddət belə ötüşdü. Nəhayət, bir gün həzrət Həra dağında bir avaz eşitdi: «Ey Məhəmməd oxu!» Həzrət: «Nə oxuyum», deyə soruşdu. Deyildi: «Yaradan Rəbbinin adı ilə oxu; o insanı laxtalanmış qandan yaratdı; oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir; O Rəbbin ki, qələmlə öyrətdi; o Rəbbin ki, insana bilmədiklərini tə’lim etdi.»[*] İlahi nur qeyb aləmindən onun könül fəzasına süzüldüyü vaxt həzrətin vücudu lərzəyə gəldi və o, dağdan uzaqlaşdı. Hara baxırdısa həmin nurun cilvəsini görürdü. İztirablı və heyran vəziyyətdə evə gəldi. Bədəni yarpaq tək əsirdi. Xədicəyə «məni bürü», dedi. Xədicə onu bürüdü və həzrət yuxuya getdi. Yuxudan oyandıqda həzrətə belə bir ayə nazil oldu: «Ey libasına bürünmüş; qalx (qövmünü) qorxut; öz Rəbbini uca tut; libasını pak et; əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş; etdiyini çox bilib bir kəsə minnət qoyma; Rəbbinin razılığını qazanmaq üçün səbr et.»[*]

Amma belə bir də’vəti aşkarlamaq asan iş deyildi. Çünki bu də’vət ərəb və sair millətlərin e’tiqadlarına zidd idi. Bu də’vət dünya xalqlarının, ən əsası isə ərəblərin ictimai, dini və ideoloji müqəddəsliklərini təhqir edirdi. Bu səbəbdən də yaxından-uzaqdan bu barədə eşidənlər, hətta yaxın qohum-əqrəba həzrətə qarşı müxalifət bayrağı qaldırıb, ona tə’nə vurmağa, istehza etməyə başladılar.

Bütün bu müddət ərzində həzrətin ilahi cazibəyə bürünmüş mübarək vücudu bu misilsiz və böyük əta müqabilində Allah dərgahına sitayiş edirdi. Əlinin (ə) iri və dolu gözləri Peyğəmbərin (s) halını heyranlıqla müşahidə edirdi. Həzrət Məhəmməd (s) Peyğəmbərliyə çatdığı ilk andan on yaşlı həzrət Əli (ə) İslamı qəbul etmiş, Peyğəmbərə (s) müt’i olmuşdu. Həzrət Əli (ə) Peyğəmbərin də’vətini qəbul etmiş ilk kişidir. Bütün sünni tarixçiləri və mühəddisləri bu həqiqəti təsdiq edirlər. Mühibbəddin Təbəri «Zəxairul-üqba» əsərində Ömərin dilindən yazır: «Əbu-Übeydə, Əbu-Bəkr və başqaları ilə birlikdə olduğum vaxt həzrət Peyğəmbər (s) əlini həzrət Əlinin (ə) çiyninə qoydu və buyurdu: «Ya Əli, mö’minlər arasından iman gətirmiş ilk şəxs sənsən. Müsəlmanlardan birincisisən ki, İslamı seçdin. Harun Musa üçün hansı məqamda idisə, sən də mənim üçün həmin məqamdasan».[*] Təbəri öz əsərində belə bir qeyd edir: «Həzrət Peyğəmbər (s) bazar ertəsi günü peyğəmbərliyə məb’us oldu və Əli bir gün sonra İslamı qəbul etdi. Süleyman Bəlxi «Yənabiul-məvəddət» əsərinin on ikinci fəslində Ənəs ibn Malikdən nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurdu: «Mələklər yeddi il mənə və Əliyə (ə) salam göndərdilər. Çünki həmin yeddi ildə yalnız mənim və Əlinin (ə) dilindən Allahın birliyinə şəhadət kəlmələri səmaya ucalırdı».

Həzrət Əli (ə) Müaviyənin qürrələnməsinə cavab olaraq ona göndərdiyi şe’rdə İslama ilkin gəlişin ona məxsus olduğuna işarə edir.[*]

Körpə olmağıma baxmayaraq mən



1 2 3 4 5 6 7 8 9 10 11 12 next