ALLAHIN ELÇİSİ (5)



 

PEYĞƏMBƏRLİYİN  HƏDƏFLƏRİ

 

1-AĞILIN GÖSTƏRİŞİ

Bu mövzuda ilk dəlil ağılın göstərişidir. Cəmiyyətin varlığı və davamı siyasi quruluşdan asılıdır. Hakimiyyət olmasa ictimai həyatda yoxdur. Cəmiyyət üçün «istər ləyaqətli, istərsə də günahkar, bir siyasi hakim labüddür»- deyə buyurur həzrət əli (ə). Cəmiyyətin islahı isə ilahi siyasət əsasında mümkündür. Əvvəlki hissədə bu məsələ sübuta yetirildi. Cəmiyyət dinsiz islah ola bilməz və bu dini ilahi canişin icra edir. Mümkündür ki, dünyəvi bir quruluşda rəhbərlərin bir hissəsi mömin olsunlar. Lakin fərdi əqidə o zaman islah olur ki, din müxtəlif sahələrdə əks olunsun. Dini-siyasi quruluş bu məqsədin gerçəkləşməsinə şərait yaradır. Əqidəni qoruyan fitrətə uyğun dəlillərdir. Əqidəni qılınc qoruya bilməz. Əqidə sübutlarla qəlbə yatır. «Dində məcburiyyət yoxdur. («Bəqərə» 256). Lakin cəmiyyətdə ictimai ədalətin bərpası, insan haqlarının təmini, cinayətkarlıqla mübarizə sübut gətirilməklə əldə edilməz. İlahi siyasi quruluş bütün bu ictimai zərurətlərin təmini üçün barışmaz mövqe tutur. Xüsusi ilə başqalarının hüquqlarını pozanlar, cəmiyyətin islahına mane olanlar ciddi cəzalandırılırlar. Bu məqsədə çatmaq üçün (əqidəni qoruya bilməyən) qılınc işə düşmüdür.

 Bu nöqtələrə nəzərən əql baxımından Peyğəmbərin (s) hansı məsuliyyəti vardır? Onun vəzifəsi təkcə yol göstərməkdirmi? Yoxsa siyasi quruluşa da müdaxilə etməlidir? Hakim quruluş kim olursa-olsun, Peyğəmbər (s) xalqın əqidəsi uğrunda zülm aparatı ilə vuruşur. Fironların zülmü altında cəmiyyət islah ola bilərmi? Yaxşı, zalim hakimiyyəti iflasa uğradıqdan sonra onun yerində Peyğəmbər (s) hansı quruluşu qurmalı idi? Özü siyasətə qarışmalı, yoxsa başqa bir zalımı dəvət etməli idi? Bu vəzifəyə ən layiqlisi Peyğəmbər (s) özü idi. Peyğəmbərlik risalətlə yanaşı rəhbərlik (imamlıq) vəzifəsi də olmuşdur. Hər bir peyğəmbər öz gətirdiyi dini ailə içində də olsa, icra etməlidir. Peyğəmbər həm dəvət gətirəndir, həm də onun icraçısı. Demək, əql ilahi siyasi quruluşun zərurətini təsdiq edir.

2-PEYĞƏMBƏR YOLU

Quranda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə dəvət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə peyğəmbər göndərdik ki, onun risaləti tövhidə dəvət və tağutdan çəkindirmək olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim (ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fironu dəryada qərq etmiş. Quran bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir. «Ey möminlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar. «Peyğəmbərləri haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir. Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir. «Öz peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar nə çoxdur» («Ali-imran» 146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını istəyir: «Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz Rəbbinə tərəf aparım. «Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları «ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Firondan xalqa azadlıq istəyir. Firon hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir. O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah elan edən Firon özü bütpərəst idi. Firona dedilər: «Musanı və tayfasının fitnə-fəsad törətmək, həm səni, həm də tanrılarını atıb getmək üçünmü buraxacaqsan?» («Əraf» 127). Musanın Fironla mübarizəsinin əsas tərəfi ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir quruluş qurmaq istəyir. Onun Fironu süquta yetirib, «bu yerə kim gələcək» deyə sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş təhlil edən bu ayələrdən məlum olur ki, onların ictimai-siyasi fəaliyyəti peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.

3-DİNİ ƏSƏRLƏR

Quran peyğəmbərlərin hədəfi barədə buyurur: «Xalq bir ümmət idi. O zaman Allah-taala müjdə verən və əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər» («Bəqərə» 213). Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir. Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur. (Hüquqi və s. ixtilaflar). Quran ayəsi peyğəmbərləri ixtilafların həllində hakim bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını həll edirlər?



1 2 3 4 5 next