Elmin həqiqəti (4)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 DÖRDÜNCÜ BÖLMƏ: MANEƏLƏR
Çevirən: ƏLƏDDİN MƏLİKOV Birinci fəsil: Elm və hikmətin hicabları (pərdələri)
Həvəs
Quran "(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)"[1] Hədis Allahın rəsulu (s): Hər bir şeyə məhəbbət bağlamaq (insanı) kor və kar edər.[2] İmam Əli (ə): Sizi həvəsdən çəkinməyə tövsiyə edirəm. Çünki (insanı) kor olmağa çağırır, axirət və dünyada azğınlığa səbəb olur.[3] İmam Əli (ə): Hər kəs ürəyini bir şeyə verə (ona məhəbbət bağlaya) gözü kor, qəlbi xəstə olar.Görməyən gözlə baxar, eşitməyən qulağıla qulaq asar. Şəhvətlər ağlını yırtar, dünya qəlbini öldürər, belə ki, ruhu ona (dünyaya) bağlanar. O, dünyanın və dünyadan bir şey əlində olanların qulu olar. (Dünya) hansı səmtə gedərsə o da gedər və hər yerə dönərsə oda dönər.[4] İmam Əli (ə): Hikmətlə şəhvət birlikdə bir qəlbə sığmazlar.[5] Dünya məhəbbəti
İmam Əli (ə): Dünyaya məhəbbət bağlamaq ağılı aradan aparar və ürəyi hikmət eşitməkdən saxlayar.[6]
|