BİZİM DİNİ ƏQİDƏMİZ (4)



Üçüncü fəsİl

 

Quran və səmavİ kİtablar


24 – Səmavi kitabların nazil olmasının fəlsəfəsi

Biz inanırıq ki, Allah-Taala bəşər övladlarını doğru yola hidayət etmək üçün ilahi peyğəmbərlərin vasitəsilə müqəddəs kitablar göndərmişdir. İbrahim və Nuh peyğəmbərin (ə) «Sühufu»[1], Musanın Tövratı, İsa (ə)-ın İncili, həmçinin daha kamil və hərtərəfli təlimlərə malik olan Quranı göndərmişdir.[2]

Əgər Allah-Taala öz peyğəmbərləri ilə bu müqəddəs kitabları göndərməsəydi, İnsan Allahını tanımaqda və ona ibadət yolunda çoxlu çətinliklərə və xətalara düçar olardı. Uca Yaradanın ona bu kitablar vasitəsilə bəxş etdiyi təqva, əxlaq, tərbiyə və ictimai qanunlardan məhrum olardı.

Allah-Taalanın göndərdiyi bu müqəddəs kitablar rəhmət yağışı tək susuz qəlblərə yağaraq, onları çiçəkləndirdi. İlahi təqva, əxlaq, tanrı mərifəti, elm və hikmət nuru ilə qaranlıq və ö qəlbləri, gülüstana çevirdi. Qurani-Kərim buyurur: «Peyğəmbər Rəbbi tərəfindən nazil olana inanır və bütün möminlər Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanırlar.» (Bəqərə, 285)

Təəssüflər olsun ki, zaman keçdikcə bir çox cahil və nadan adamların, öz maddi mənfəətlərini düşünən bəzi ikiüzlü din nümayəndələrinin vasitəsilə bu müqəddəs kitablar əsaslı surətdə təhrifə uğramışdır. Lakin Qurani-Kərim (qarşıda söyləniləcək dəlillərə əsasən) heç bir təhrifə uğramayaraq, öz həqiqət nuru ilə hər bir əsrdə və məkanda olan insanlara doğru yol göstərmişdir. Müqəddəs kitabımızın Maidə surəsinin 15-16-cı ayələrində oxuyuruq: «Allah tərəfindən nur və aydın (aşkar dəlillərə malik) bir kitab sizə nazil olmuşdur ki, Allah onun vasitəsilə Onun rizasının dalınca olanları salamat (və səadətli) yollara hidayət edə. Öz əmrilə onları qaranlıqdan işıqlığa çıxara və onları doğru yola yönəldə!»

25 – Quran Həzrət Məhəmməd (s. ə)-in ən böyük möcüzəsidir

Quran İslam peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axıcı olması və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qurani-Kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).

Maraqlıdır ki, heç kəs, Quran kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Quran kimi bir kitab yaratmağa qadir deyildirlər. Halbuki, Quran 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: «De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Quranın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.» Yaxud başqa bir ayədə buyurulur:

«Öz bəndəmizə nazil etdiyimiz Qurana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan şahidlərinizi də, çağırın!» (Bəqərə, 23)

Biz etiqadlıyıq ki, Qurani-Kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qurani-Kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: «Allah-Taala Quranı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçünndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!» (Biharul-ənvar, c 2, s 280, dis 44)



1 2 3 4 next