ƏLİ(Ə) KİMDİR?Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 MÜƏLLİF:FƏZLÜLLAH KOMPANİ TƏRCÜMƏ EDƏN:MƏHƏMMƏD TURAN RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ Ey müqəddəs, sə’yimi ram elə, düşsün yoluna, Yol uzun, yolçu naşı, baxsana aşiq halına. MÜQƏDDİMƏ Həmd-səna yaranışın ölçülü vücuduna varlıq libası geyindirmiş və əbədi qüdrət təcəllalarını təbiət əsərlərində nümayiş etdirmiş Allaha layiqdir. Uca pərvazlı xəyal quşu Onun sonsuz qüdrət fəzasında uçmaqda acizdir. İti ağıl və düşüncə köhləni Onun əbədiyyət biyabanında çapmaqda geri qalır. O, səmavi şərit bələdçilərini yaranmışların təkamülü üçün parlaq çıraq qərar verdi, insan cəmiyyətlərinin nizamını onun hökm və qanunlarına itaətdə müəyyənləşdirdi. Bəşər aləminin tərbiyəçiləri, tövhid və həqiqət yolunun bələdçiləri olmuş peyğəmbərlik və vilayət ailəsi saysız salama layiqdir. Bu kitabın əziz oxucuların qarşısında açılan səhifələrində elə bir şəxsiyyətin haqqında danışılır ki, heç şübhəsiz, bu vaxtadək bir belə fəzilətə sahib olan insan haqqında bir yerdə yazılmamışdır. Hələ ki yaradıcılıq və ixtira fırçası belə bir əlvan və cazibədar təsvir nəqş etməmişdir.
|