Vahabi etiqadının yeni təhlili(8)



 

Bismillahir Rəhmanir Rəhim

 

SƏKKİZİNCİ SÖHBƏT

Şiə və vahabilərin şənlik edib yas saxlamaq haqqında fikirləri

Bayramlar və şənliklər

Vahabilər övliyaların təvəllüd ya vəfat üçün günü təşkil edilən məclisləri onlara edilən ibadət hesab etdiklərinə görə bunu bütə edilən pərəstişlə bərabər sayırlar:

"هي نُوعٌ من العبادة لهم و تعظيمُهُمْ..."[1]

Onlar öz sözlərini sübuta yetirmək üçün cahil ərəblərin rəftarına işarə edərək onların hər münasibətdə, istər döğum yaxud vəfat günləri, pis ya yaxşı xatirələr üçün bütxanalara yığışıb sevinc yaxud qəmlərini bölüşdüklərini misal gətirirlər. Cahil ərəblər Tək Allaha inandıqlarına baxmayaraq, öz əlləri ilə düzəltdikləri şeyləri yer üzündə hərtərəfli qüdrətə sahib bilib ona təvəssül edirdilər.

"و يقولونَ هؤلاءِ شُفَعاؤُنَا عِنْدَالله"

“Onlar bu şeylərin Allah yanında bizim şəfaətvericilərimiz olduğunu deyirlər”.

Yəqinliklə demək lazımdır ki, təkcə vahabilər deyil, əslində bütün müsəlmanlar şirklə qarışıqlı məclislərə qarşı ziddirlər. Maraqlı burasıdır ki, nə üçün vahabilər şirk qarışıqlı olmasa da belə məclislərin qurulmasına qarşı çıxırlar? Görəsən bunun səbəbi bəzi müsəlmanların əqidəsinə rişxəndlə yanaşıb təfəkkürlərinin dinin ziddinə olduğunu söyləmək deyilmi?

Vahabilərin qəbul etdikləri iki bayram

“Fəthul Məcid” kitabının müəllifi ümumiyyətlə, vahabilərin iki bayramı rəsmi surətdə qəbul etdiyini deyirlər: Fitir bayramı və Cümə günləri. Onlar Cümə günü bayramı barəsində Peyğəmbərdən (s) olan hədisə istidlal edirlər.



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next