QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (4)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (3)

Sual 70: Yuxuya inanmaq olarmı?

Cavab: Yuxu istər adi insanlar, istərsə alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin gözəl, qorxulu ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?

Müxtəlif ayə hədislərdən lum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf» surəsinin 36- ayəsində oxuyuruq: «(İki gənc, Yusif peyğəmbərə dedi:) «Gəl bu yuxunu bizə yoz». Yusif belə cavab verdi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun nasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı yozulası yuxular vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir barədə çox fikirləşməsinin nəticəsidir»[59].

İslam dinində biri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların biri batildir həmin yuxulara inanmaq olmaz.

Sual 71: Övladlardan birinə daha çox sevginin nəticəsi nədir?

Cavab: İslam dinində günah hesab edilən çirkin sifətlərdən biri həsəd, paxıllıqdır. Qəlbində həsəd tüğyan edən insanın ən yaxın adamını qətlə yetirməsi belə mümkündür. Paxıl insan bir nemətdən məhrum olduqda, başqalarının da o nemətdən məhrum olması üçün çalışır. Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla qarşı-qarşıyadır.

İnsanda hələ erkən yaşlarından baş qaldıran bu hissin əsas səbəbkarlarından biri, valideynlərdir. Yəqub peyğəmbərin on iki oğlu var idi. Yəqub anaları dünyasını dəyişmiş kiçik övladları Yusif Bin Yamini daha çox sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini gücləndirmişdi. «Yusif» surəsinin 8-ci ayəsində Yusifin qardaşlarının dili ilə belə buyurulur: «...Biz bir dəstə olduğumuz halda, Yusif onun qardaşı atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir».

Şübhəsiz ki, kiçik övladlarına daha çox məhəbbət göstərən Yəqub, heç bir xətaya yol verməmişdi. Onun məhəbbəti bu iki övladın fövqəladə ağıl düşüncəsinə əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu cinayətə sürükləyər. zən valideynlər övladın pərişanlığını aradan qaldırmaq üçün həkimə müraciət edir, övladın məhəbbətə ehtiyacı olduğunu anlamırlar. İmam Baqir (ə) buyurur: «Mən zən bir övladımı dizim üstə oturdub, ona şirniyyat verirəm. Hansı ki, o biri övladım buna daha çox layiqdir. Belə etməyimin səbəbi, onun o biri övladlarıma qarşı çıxmasının qarşısını almaqdır»[60].

Sual 72: Həqiqi min əyləncəyə vaxt sərf edə bilərmi?



1 2 3 4 5 6 7 8 9 10 11 next