NAMAZIN SİRLƏRİ (3)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR Şübhəsiz ki, şər’i hökmlər və ilahi göstərişlərin fəlsəfəsi və dəlili vardır. Lakin bütün ilahi göstərişlərin və hökmlərin iqtisadi, tibbi və elmi dəlillərini axtarmaq lazım deyil. Müsəlman vəhy göstərişinə təslim olmalıdır. Mütləqiyyət və hikmət sahibi olan Yaradan qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal sayılır. Bə’zi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür. İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir. Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bə’zən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bə’zən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür. İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.” “Şə’baniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!” Həzrət Əli (ə) bildirir ki, İlahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bə’zən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür. Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?! BƏHANƏ, YOXSA ARAŞDIRMA? Deyilənlərdən mə’lum olur ki, bə’zilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Buna görə də araşdırma aparır, hər dini göstərişin fəlsəfə və dəlilini axtarır, özlərini ziyalı göstərirlər. Qur’ani-kərim bu kimi şəxslərin qiyamətə e’tiqadları barəsində buyurur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir. “Qiyamət günü nə vaxt olacaqdır?” –deyə soruşar.”[132]
|