Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurətiDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İmam Əli (ə) dan nəql olunub:“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Ya aşkardır və ictimaiyyət onu tanıyırlar, ya cəmiyyətin gözündən gizlidir. İlahi Höccətlər Tanrının ayələrinin haqq yolunda davam tapması üçün yer əhlinin idarəçiliyinin nigaranıdır. Ta onların zəhmətlərinin nəticəsi hədər getməsin. İmam Sadiq (ə) Əli (ə) dan Kufə minbərində oxuduğu xütbəni belə nəql edir:Ey Pərvərdigar sən özün şahidsən ki, yer əhlinin sənin tərəfindən onları hidayət edəcək Höccəti var. Bu Höccət zahirdə onlara tanlşdır. Amma ondan itaət etmirlər. Yaxut Camaatın gözündən gizlindir. Cəmiyyət zühurun intizarındadır. İctimaiyyət sülh və əmn-amanlıqda olanda əgər Höccət onların nəzərindən ğayib olsa, onun bilik və rəftarı möminlərin ürəklərinə çatar. Onlar da ona əməl edərlər. İmam Həsən Əsgəri (ə) atalarından nəql olunan,“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil, Hər kəs ölə və zamanının İmamını tanımaya, cahiliyyət ölümü kimi ölmüşdür” hədisin barəsində buyurdu:Bu məsələ haqdır, necə ki cəhənnəmin od və alovu haqdır. Sonra O həzrətdən soruşdular: Ey Peyğəmbər oğlu! Sizdən sonrakı İmam kimdir? Buyurdu: “Övladım MƏHƏMMƏD, O məndən sonrakı İmam və höccətdir. Hər şəxs ölsə və onu tanımasa cahiliyyət ölüsü kimidir”. İmam Sadiq (ə) Əli (ə) dan nəql edir ki buyurdu:“Bilin yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Amma zülmlərin və camaatın nadanlığının vasıtəsi ilə Allah Onu camaatın müşahidəsindən gizli saxlayır. Əgər yer bir an belə Allahın höccətindən boş olsa qurluşun itirib, öz əhlini məhv edəcək. Amma Allahın Höccəti camaatı tanıyır. Lakin camaat onu tanımırlar. Necə ki Həzrəti Yusif qardaşlarını tanıyırdı və onlar Onu tanımırdılar. İmam Sadiqin sayəsindəİmam Sadiq (ə) buyurur: Hər şəxs bizi ziyarət etməyə qüdrəti yoxsa bizim saleh dostlarımızı ziyarət etsin ki bizim ziyarətin savabı onun üçün yazılsın. Şeytan öz ordusuna dedi: Adəm övladında üç şeyi əməlini çox saydığını, günahını unutduğunu və xodpəsənd oduğunu gördükdə qorxunuz olmasın nə edir. Çünki heç bir əməli qəbul olunmaz. Atalarınızla xoşrəftar olun, tainki övladlarınız sizinlə xoş rəftarlıq etsinlər. Digərlərinin qadınlarına nisbət iffətli olun, tainki sizin qadınlarınıza qarşı iffətli olsunlar.
|