İSLAM FƏLSƏFƏSİDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İslam fəlsəfəsi mürəkkəb bir elm olaraq antologiya, qnoseologiya‒ idrak nəzəriyyələri‒ (Antologiya dinşünaslıq, teologiya, psixologiya və əsas bəhslərdən sayılan “vücud” və “mahiyyət” və bunların ətrafında gedən məsələlərlə bağlıdır.) kimi müxtəlif məsələlərdən bəhs edir. Bu məsələlər İslam aləmində çox mühüm və geniş fəlsəfi kitab sayılan, İbn Sinanın təlif etdiyi “Şifa”dan tutmuş Sədrülmütə`əlluhin Molla Sədranın yazdığı “Əsfar” kitabınacan əsas məsələlərdən hesab olunurlar. İslam fəlsəfəsi bəhsində söhbətimizi üç məsələyə aydınlıq gətirməklə qabağa aparacağıq: 1. İslam fəlsəfəsi və onun problemləri; Bu məsələni araşdırmazdan öncə İslam və fəlsəfə dedikdə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıylq. Burada "İslam" dedikdə məqsəd, Quran ayələri, Peyğəmbər (s) və on iki imamdan (ə) bizə çatan bütün mötəbər hədislərdir: istər onlarda “varlıq” haqqında söhbət açılsın, istərsə də başqa məsələlərdən. İslam dini yəhudilik və xristianlıq kimi səmavi dinlərdəndir. Belə dinlərdə təlimlər birbaşa uca Tanrıdan onun peyğəmbərlərinə vəhy olunur. Odur ki, onun butün görüşləri qeyd-şərtsiz qəbul olunmalıdır. Amma "fəlsəfə" dedikdə məqsədimiz “varlıq” barəsində olan məsələlərdir. Bunlar məntiqin vastəli və ya vastəsiz isbat metodları ilə əldə edilir. Yuxarıdakı tərifdən məlum olur ki, fəlsəfə yalnız “varlıq” və "gerçəklik" barəsində olan bir sıra primitiv məsələlərdən ibarət deyil və onların cüzi xüsusiyyətlərindən bəhs etmir, əksinə onların həqiqət və düzlüyünün əql yolu ilə isbatına çalışır. Başqa sözlə desək, fəlsəfə varlıq və gerçəklik barəsində olan məsələlərlə iki şərtlə əlaqələnir: 1-Onun yolu dəlil və sübutla olmalıdır. Nəticədə varlıq barəsində olan hər hansı bir məsələ arqumentlə isbat edilməzsə, deməli fəlsəfi məsələ də deyil. 2-Fəlsəfənin əsasları, isbat və inkarı əqlin aydın dəlil formalarına əsaslanmalıdır. Yəni isbatda və inkarda istifadə olunan kateqoriyalar aydın təsəvvürlər və təsdiqlərlə sona çatmalıdır. İndi isə fəlsəfənin problemləri ilə Birinci problem: Bəzi məsələlərdə əql vəhyin əksinə hökm verir. Qeyd etdiyimiz tərifə görə, fəlsəfədə əql əsas rol oynayır və hər bir məsələnin isbatında əqlin hökmündən istifadə etməlidir. Amma bu fəlsəfə İslam cəmiyyətində vəhyin göstərişlərinə tabe olmalıdır. Nəticədə bəzi məsələlərdə əql vəhyin əksinə hökm verir ki, bu da ziddiyyət yaradır. İkinci problem: Görəsən elə bir yol yoxdurmu ki, onun əsasında heç biri tərəf özlüyündən xaric olmayaraq, aralarında vəhdət hasil olsun? Məsələn: mümkündürmü ki, bir məsələ fəlsəfi bir məsələ olduğu halda, vəhy məsələsi də olsun, yaxud əksinə?
|