Uşaq tərbiyəsi



Uşaq- anlayışı bizim qalmağımız və gələcəyimiz deməkdir. Sağlam uşaq hər bir evin sevgi və qalması deməkdir. Hər bir körpə ailəyə xoşbəxtlik və fərəh gətirir. Amma bu həmişə belə olmur. Bəzən onlar ailələrinin bədbəxt olmalarının da səbəbkarı olurlar. İslama görə Həm valideyinlər və həm uşaqların özünəməxsus vəzifələri var. Hər iki tərəfdən biri bu öhdəlikləri layiqincə yerinə yetirmədikdə promlemlər üzə çıxır. Məhz bu növ problemlərin qarşıya çıxmaması üçün Hər iki tərəf öz vəzifə və öhdəliklərini kifayətcə mənimsəməlidirlər.

Uşaq aləmi tam fərqli və özəl bir aləmdir. Düzdür hamı uşaq olur və sonra böyüyür, amma hamı uşaqlığını tam şəkildə və bütövlükdə araşdıra və təhlil edə bilmir. Buna əsasən Hazırda Psixologiya elmində "Uşaq Psixologiyasi" deyilən bir yeni fakultə də formalaşmışdır. Çünki hazırda isbat olunub ki, uşaqlıqda kifayət qədər kam ala bilməyən uşaqlar, həmin məsələnin kin və küdurətini həyatının sonuna qədər özündə saxlayır. Amma beynin gizli və arxa hissəsində onlar qorunur. Ola bilsin ki, heç vaxt onu şəxsin özü də bilə- bilə hiss etməsin. Amma analiz etdikdə onu üzə çıxarır.

Yaxşı uşaq ata- anasının başını uca etdiyi kimi, onların zəif və aciz olduqları qocalıq dönəmində də valideyinləri üçün bir dayaq və arxa olur. Ata- ana uşaqların tərbiyəsində çox səy göstərərlərsə, bir zaman zəhmətlərinin meyvəsindən gözəl şəkildə bəhrələnəcəklər. Eyni şəkildə, əgər bu məsələdə qəflət və tənbəllik nümayiş etdirsələr, nəticədə zərərini görəcəklər.

Bu kitabı tərcümə etmək demək olar ki, bu zəmində və bu məqsədlə baş vermişdir. İslamın uşaq və körpəyə olan qayğısını bilib və ona həyatımızda əməl etmək, bu kitabın tərcüməsinin əsas hədəfidir. Fikrimizcə Quran və məsumlardan olan hədisləri olduğu kimi nəql edib və tərcümə etmək də, insanlarda daha da müsbət təsir bağışlayacağına əmin olub bu kitabın tərcüməsinə başladım.

 

Saleh övlad arzusu insanda fitri- təbii bir istəkdir. Hamının ürəyindən ləyaqətli, sağlam ruh və cismə malik övlad arzusu keçir. Hətta pis, azğın insanları belə övladlarının yaxşı taleyi düşündürür.

Qur`an təfəkkürü sayəsində tərbiyə alanların isə baxışları daha geniş olub, övladlarının sağlam tərbiyəsi ilə barabər onların başqaları üçün rəhbər, nümunə və örnək olmalarına da əhəmiyyət verirlər. Onlar mehriban Allahın dərgahından belə təmənna edirlər:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

“Və o kəslər ki, “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər.”[1]

Burada mühüm məsələ odur ki, görəsən, bu böyük arzuya çatmaq mümkündürmü? Yaxud dualarımızın həyata keçməyi üçün nə etməliyik?



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next