NAMAZIN SİRLƏRİ (2)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

İBADƏTLƏRİN DAVAMLILIĞI

Yolçu o deyil ki, qaçıb yorula,

Haqq yolçu yol gedir asta, aramla.

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!”[63]

Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”[64]

Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”[65]

Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.

Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.

İBADƏT FÜRSƏTİ

Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”[66]



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 next