Vahabi etiqadının yeni təhlili (6)



 

ALTINCI SÖHBƏT

Övliyaların kəraməti

Vahabilərin sünnü və şiə firqəsi ilə müxalif nəzəriyyələrindən biri də kəramət məsələsidir. Quran bu mövzunu açıq-aşkar söylədiyinə görə bütün islami firqələr Peyğəmbərin (s) möcüzə və kəramət xüsusiyyəti olduğunu deyirlər. Lakin onları kəramət sahibi kimi qəbul etməyən, imtiyaza malik olmadıqlarını deyən, onları digər adi şəxslərlə bərabər hesab edən yeganə firqə vahabilərdir. Şiə, Pak İmamları (ə) möcüzələr və kəramətlər sahibləri və qüdrətli şəxsiyyətlər kimi tanıyaraq bu həqiqətin dini-tarixi rəvayətlərə əsasən təsdiqləndiyini iddia edir. Əgər bir şəxs möcüzə ilə kəramət arasında fərq qoyar və desə ki, möcüzə Quranın peyğəmbərlərə əta etdiyi xüsusiyyətdir, lakin kəraməti isə rəvayətlər Pak İmamların sahib olduğunu söyləyir, demək lazımdır ki, onlardan başqa bu qüvvə heç kəsdə yoxdur və bu qüdrətin kəramət yaxud möcüzə adlandırılmasının bir fərqi yoxdur. Yeri gəlmişkən, bəzi həqiqi ariflər və Allah adamlarında bu qüvvənin zəif dərəcələrini müşahidə etmək olar.

“Fəthul Məcid” kitabında deyilir:

“Övliyaullahların kəraməti ilahi lütf və vergidir. Bu məsələ şəxsiyyətdən, elmdən ya məqsəddən asılı deyildir. Məsələn, Əlinin (Allah ondan razı olsun) çox yerlərdə göstərdiyi kəramətlər kimi, yaxud Ömərin (Allah ondan razı olsun) İrana gedib Şuş şəhərində Daniyal peyğəmbərlə etdiyi söhbətləri, Mədinə şəhərindəki qıtlıq zamanı yağış namazında iştirakından sonra yağışın yağması kimi nümunələri göstərmək olar”.

Qeyd etmək lazımdır ki, Ömərin İranın Şuş şəhərinə getməsi barəsində etibarlı tarixi sənəd əldə etməmişik. Lakin əslində İranın Şuş şəhərinə gedib Daniyal peyğəmbərlə söhbət edən Əli ibn Əbi Talib olmuşdur.

Ancaq qıtlıq məsələsinə gəldikdə isə demək lazımdır ki, mötəbər sənədlər Ömərin xahişi ilə Peyğəmbərin (s) əmisi Abbasın bu namazı qıldığını təsdiqləyir.

Sonra kitabın müəllifi davam edərək deyir ki, belə kəramətlər faydasızdır. Mənfəətli olmuş olsa da belə yalnız o zaman üçün faydalı olmuşdur. Uzun sözün qısası, kəramət sahiblərinin ölümündən sonra bu kəramətin heç bir dəyəri yoxdur. Elə buna görə də insan gərək belə şeylərlə könlünü sevindirməsin.[1]

Beləliklə, vahabilər İmamlar, səhabələr və dini başçıların kəramət sahibi olmalarına bir növ inandıqlarına baxmayaraq, bu kəramətin onların həyatda olduqları zamana qədər dəyərli olmasını söyləyirlər. Çünki, onların fikrincə insan öldükdə onun vücudu digər mövcudlar, hətta cansız əşyalar kimi məhv olub gedir. Bu versiyanı isbat etmək üçün isə Quran ayəsindən nümunə gətirirlər:

"اِنَّك ميت و اِنَّهُمْ ميِّتُونَ"

Bu ayədən Peyğəmbərin vəfatı ilə övliyaların vəfatının bərabər tutulduğu qənaətinə gəlirlər. Eləcə də, bu ayədə peyğəmbərlərlə övliyalardan yardım istəməyin bihudə və əbəs iş olduğunu, qəbirləri ziyarət etməkdən çəkinməyi düşünürlər.



1 2 3 4 5 next