Rəhmanvə rəhim olan Allahın adı ilə



MƏHDİ (ə.c)- in inqilabının siyasi vəzityyət vəkeyfiyyəti

GİRİŞ

Məhdəviyyət ideologiyası islahat və ədalət arzusunda olan insanların qədim tarixə malik olan müqəddəs inancdır. Bu ideologiya bəşərin məlum olmayan sabahına aydınlıq bəxş etməklə yanaşı, bugünki, dünyagürüşündə də, əvəz olunmaz rol oynayır. Çünki İmamını, rəhbərini tanımayan şəxs, heç vaxt yolunu hədəfini və vəzifəsini düzgün şəkildə istiqamətləndirə bilməz. Necə ki, bu mövzuya bir çox rəvayətlərimizdə təkid olunmuşdur.

Bildiyimiz kimi müasir dövrün ümumbəşəri problemlər kompleksini həll edən cərəyana qloballaşma deyilir. Qloballaşmanı iqtisadi, mədəni, ictimai, hərbi və bu kimi müxtəlif sahələrdə nəzərə almaq olar. Qloballaşma məsələsində əsaslı sual bundan ibarətdir:

Qloballaşmanı idarə edən var? Yoxsa təbii şəkildə müxtəlif və rəngarəng iradələrin azad məhsuludur? Dünyaya aydın və açıq formada baxdıqda görürük ki, qloballaşma həm təbii şəkildə, həmdə siyasətçilərin şüurunda formalaşaraq öz əksini tapır.

Əlbəttə ilk öncə qloballaşma ilə qloballaşdırma arasında fərq qoymalıyıq. Qloballaşma cərəyanı təbii formada meydana gələn bir predmetdir. Amma qloballaşdırmanın icra və idarə edənə ehtiyacı var. Başqa sözlə desək qloballaşma ilə qloballaşdırmanın təfavütü bundan ibarətdir ki, qloballaşma texnologiyanın inkşafı və iqtisadi şirkətlərin ondan mütəmadi şəkildə istifadə etməsi sayəsində öz apogeyinə çatmışdır. Halbuki, heç kəsə bu növ texnologiyaları məqsədyönlü ixtira etməsinə sifariş verilməmişdi. Yəni həm ixtirası təbii idi və həm iqtisadi şirkətlərin ondan genişmiqyaslı istifadə etməsi. Lakin bəzi qüvvələr bu özü coşan cərəyanın liderliyini ələ almaq istədikdə, bu tamaha düşdükdə qloballaşdırma prossesi başladı. Milli hökumətləri zəiflətmək və beynəlxalq super dövlət icad etmək qloballaşdırmanın əsas prinsiplərindən idi. Onlar bu ideya ilə təbii şəkildə meydana gələn qloballaşmanı idarə etmək məqsədilə beynəlxalq təşkilatlar və qurumlar təsis etməyə başladılar. Hazırda istemarçılar qloballaşmanı qloballaşdırmaya çevirirlər. Artıq yeni dünya sistemi özünün formalaşma dövrünü keçirir. Lakin özünəməxsus cəhətlərlə səciyyələnən keçid xarakterli mərhələ bu cərəyanın əsas tərkib hissəsini təşkil edir.

Belə qənaətə gəlmək olar ki, hazırda vahid hökumət quruluşu üçün günbəgün hazırlıqlar meydana çıxır. Buradadır ki, möminlərin də vəzifə və məsuliyyətləri üzə çıxır. İNTİZAR anlayışının mənasına nəzər salsaq görərik ki, bəşəriyyətə cəhət vermək lazımdır. Çünki cəmiyyət hazırda uçuruma tərəf gedir. Balla zəhərin təfavütünü başa salmaq lazımdır. Haqqla batili göstərmək kifayətdir. Vəzifəşünas insanlar bu növ hərəkətə başladıqları təqdirdə, vahid İlahi dövlətin qurluşunun reallığına ümidvar ola bilərik.

Bizim vəzifəmiz bundan ibarətdir ki, qloballaşmanın tərəfində dayanaq və onu müdafiə edək. Amma maddiyyata varan qloballaşdırma ilə mübarizə və bu cərəyanın iç üzünü və mahiyyətini ifşa etməyi də unutmayaq. İlahi dinlərdə olan anadangəlməliklə ümumi faktorları taparaq onları üzə çıxartmalıyıq. Yalnız Məhdəviyyət armanına arxalandığımız təqdirdə ümumbəşəri baxışla İlahi baxıma doğru müvəffəq addım atacağıq. Bizlər İlahi mədəniyyəti dini maariflərdən istixrac edərək günün dili ilə aktual şəkildə bəşəriyyəti maarifləndirməliyik.

 

Ümumiyyətlə vahid insan tarixi dəyişdirmək imkanına malikdirmi?

Hazırkı məqaləni bu sualla başlamaq istərdim ki, tək bir insan tarixin siyasi, ictimai və ümumi tərzini əvəz etmək hüququ varmı? Ən əsası tək başına bu işin öhdəsindən gələ bilərmi? İctimaiyyətin simasını formalaşdıra bilərmi? Bildiyimiz kimi fərd həmişə yaşadığı mühitin təsiri altındadır. Və həmişə tarixin hərəkəti üçün bir maska hesab olunur. Yəni bir millətin ictimai seyri fərdin həyatını formalaşdırır.

Bu sual tarix fəlsəfəsində spesifik bir düşüncəyə əsaslanır. O budur ki, tarix quruculuğunda əsas və mühüm amil cəmiyyətin şəraiti və mühitin formalaşmasıdır. Bu nəzəriyyəyə əsasasən fərd yalnız ikinci amil kimi ancaq tarixi söyləmək və tarix üçün bir sima olmaq məcburiyyıtindədir.

Deməli fərd heç vaxt tarixin gedişatını və mühitin formalaşmasını dəyişdirə bilməz.



1 2 next