QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (1)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Bismillahirrəhmanirrəhim

Sual 1: üçün zalım günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?

Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».

zi ayələrdən lum olur ki, zən Allah zalım günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44- ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular».

Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı, dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, qədər yuxarıdan yıxılsa, bir o qədər çox əziləcəkdir. Qəfil tufan qopur bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.

Sual 2: Hal-hazırda behişt cəhənnəm mövcuddurmu?

Cavab: Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır».

Başqa bir surədə oxuyuruq: «And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi) əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür»[1]. Qeyd edək ki, bu ayələr Peyğəmbərin (s) merac səfərinə aiddir.

«Təkasur» surəsində isə belə buyurulur: «Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz»[2].

Behişt cəhənnəmin hal-hazırda mövcudluğunu təsdiq edən təbər hədislər kifayət qədərdir. Bu hədislər arasında Merac hədisləri xüsusi yer tutur. Mövcudluğuna dəlillər gətirdiyimiz, bir zaman Adəmin olduğu behişt deyildir. Bu günki behişt cəhənnəm, insanların xeyir şər əməllərindən asılı olaraq genişlənməkdədir.



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next