NAMAZIN SİRLƏRİ (1)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 MÜƏLLİF:MÖHSÜN QƏRAƏTİ TƏRCÜMƏ EDƏN:MƏHƏMMƏD ƏHMƏD Ön söz “Etiqadlar”, “hökmlər” və “əxlaq” yönümlərində İslam maarifinin Qur’an ayələri və hədislərə əsaslanaraq aşkar şəkildə bəyan olunması bu maariflə maraqlananların ehtiyaclarını ödəmək üçün zəruridir. İlahi tövfiqlə, “Qur’an dəsrləri” adı altında bir neçə il ərzində televiziyadan verilən söhbətlər mö’min ümmətimiz tərəfindən qəbul olundu. Bu söhbətlərin bə’ziləri kitab şəklində sizə təqdim edildi. Üsuli-din və məad mövzusunda olan söhbətlər də bu qəbildəndir. “Üsuli-din” mövzusunda söhbətlərdən sonra, dostların tövsiyəsi ilə “fürui-din” mövzusunda olan söhbətlərin də nəşr olunması qərara alındı. Tə’cili ehtiyac duyulduğu üçün “həcc” mövzusu ilk olaraq sizin ixtiyarınıza verildi. İndi isə “namaz” haqda olan mövzular əlinizdədir. Bu işlər şəhidlərin qanı bahasına yaranmış fürsətin şükrünün bəhrəsidir. Namaz və digər ibadətlər barəsində dəyərli kitablar yazılmışdır. Ümid edirik ki, bu kitab çoxsaylı ayə və hədislərə əsaslanıb, ayrıca mövzu şəklində verildiyindən ümumi oxucular, xüsusilə müəllimlər üçün faydalı və bir növ yenilik olacaq. Mövzuların hazırlanmasında istifadə olunan əsas mənbələr Qur’an və hədisdir. Bundan əlavə, şiə və sünni kitablarındakı rəvayətlərdən istifadə olunmuşdur. Qur’an və “Nəhcül-bəlağə”dən sonra istifadə olunmuş əsas mənbələr aşağıdakılardan ibarətdir: “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrək”, “Üsuli-kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Ğurərul-hikəm”, “Kənzul-ummal” və s. Rəvayətlərin sənəd və istifadə olunmuş mənbələr yerindəcə göstərilmişdir. Bu kitabın hazırlanmasında əzizlərin dəyərli fikirlərindən və tövsiyələrindən istifadə olunmuşdur. Onlara təşəkkür edirik. Kitabın gücü Allahın, Peyğəmbərin və Əhli-beytin (ə) sözləridir. Bütün əldə olunanlar onların bərəkətindəndir. Əgər səhvlər və çatışmazlıqlar varsa, bizdəndir. Ayə və hədislərin tərcüməsi nisbətən azad tərcümədir. Bə’zi hallarda izah və əlavələr olunmuşdur. Əlinizdəki kitabın mövzuları öncə İslam respublikası efirindən yayımlanmışdır. Sonradan bir sıra dəyişiklik və təkmilləşdirmələrlə nəşr olunmuşdur.
|