Dini qaynaqlarda qloballaşmaaDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Quranda və islam dinin də olan mötəbər qaynaqlarda qloballaşma və qloballaşdırma mövzusuna çoxlu işarə olunubdur. Aydındır ki bu predmetin İslamda olan mənası və anlayışı, qərbdə işlənən məna və anlayışı ilə tam fərqlidir. Göründüyü kimi, əgər qloballaşma təbii şəkildə irəliləyərsə, İslamın dünyəvi, beynəl-xalq dövlət tanıtdırdığı mövzuya kömək edəcək. İndi isə bu mövzuya işarə edən bir sıra ayə və hədisləri təqdim edirik: A- Müqəddəs Quranda Beynəl-xalq dövlət"ولقد كتبنا في الزبورمن بعد الذكر أنّ الارض يرثها عبادي الصالحون" “ Biz Tövratdan sonra Zəburda da yalnız Mənim saleh bəndələrimin yer üzündə varis olacaqlarını yazmışdıq. ” (Ənbiya: 105) " وعد الله الذين آمنوا منكم وعملوالصاالحات ليستخلفنّهم في الارض كما استخلف الذين من قبلهم وليمكّنن ّلهم دينهم الذي ارتضي لهم وليبدّلنّهم من بعد خوفهم أمناً... " “ Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə, onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur.” (Nur: 55) " هو الذي أرسل رسوله بالهدي ودين الحق ليظهره علي الدين كله ولو كره المشركون." “ Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu göstərən rəhbərlə (Quranla) və haqq dinlə göndərən Odur.” (Səff : 9) Bəzi hədislərdə gəlibdir, Həzrət Əli(ə) qeyd olunan ayəni tilavət edərkən öz səhabələrindən soruşdu: Sizlərin fikrincə bu qələbə hasil olubdur? Dedilər : Bəli. Həzrət buyurdu: Yox, And olsun o kəsəki canım onun əlindədir, bu qələbə yalnız o zaman üzə çıxacaq ki yer üzündə abadlıq qalmayacaq.(Məcməül- bəyan kitabında , qeyd olunan ayənin təfsirində gətirilib.) B- Mötəbər hədislərdə Beynəlxalq dövlət1- Hakim nişaburi öz sənədilə əbu Səid Xedridən rəvayət edir ki, Allahın rəsulu (s)buyurdu : "تملا الأرض جوراً وظلماً فيخرج رجل من عترتی يملک الارض سبعاً وتسعاً فيملا الارض قسطاً وعدلاً"
|