Vahabi etiqadının yeni təhlili (2)



 

İKİNCİ SÖHBƏT

Şeyx və İbn Səudun həyatı

Şeyx və İbn Səudun həyatına qısa baxış

Bu fəsldə Şeyx adı ilə tanınmış Məhəmməd bin Əbdül Vəhhab və Məhəmməd Səudun həyatı barəsində söhbət açmağı münasib bildik.

Şeyxin övladları və nəvələri hal-hazırda Ərəbistanda yaşayırlar. Onlardan bəziləri Ali Şeyx adı ilə məşhurlaşmışlar. Məhəmməd Səudun övladları isə (bəziləri) Ərəbistan hökümətində vəzifə sahibi olmaqla Ali Səud adı ilə tanınırlar. Bu dövlət əvvəllər Hicaz adlanırdı. Lakin Məlik Əbdül Əzizin dövründə “Məmləkətul Ərəbiyyətus Səudiyyə” (Səudiyyə Ərəbistan Məmləkəti) adını aldı.

Şeyx Məhəmməd Əbdül Vəhhab hicri-qəməri tarixinin 1114-cü ilində Nəcd şəhərinin Eyniyyə adlı məntəqəsində anadan olmuşdur. Atası Şeyx Əbdül Vəhhab o zaman o məntəqənin alim və qazısı idi. Bu səbəbdən də Şeyx Məhəmmədin əqidəsinin atasından mənşələndiyi deyilir. Şeyx Məhəmməd ibtidai dini məlumatları atasından öyrəndikdən sonra Məkkəyə gedib oranın alimlərindən də elmi məlumatlar almışdır.

O, bəzi etiqadi məsələlərdə şəxsi nəzərləri və Mədinə alimləri ilə müxalifətçiliyi nəticəsində o şəhərdən ixrac olunduqdan sonra İraqa gedərək Bəsrə şəhərində məskunlaşır. Bu şəhərdə Şeyx Məhəmməd Məcmun adlı bir şəxslə tanış olub öz fikirləri barəsində onunla söhbət edir və sonunda onların hər ikisi xüsusi eyni bir əqidəyə etiqad bəsləyirlər.

Əksəriyyəti Fars əhalisindən olan Bəsrə alimləri və möminləri ona qarşı çıxaraq onu Bəsrədən qovurlar.

Şeyx Məhəmməd Bəsrədən qovulduqdan sonra Dəməşqə gedir. Lakin orada da yöndəmsiz və dağınıq əqidə sahibi olduğuna və yaşayış problemlərinə görə ab-havası gözəl olan bu şəhərdə də yaşaya bilməyir. Digər tərəfdən isə Mədinə ya Məkkəyə də qayıda bilmədiyi üçün şəhərin alimi olan atası Əbdül Vəhhabın yanına gəlir.

Şeyxin əqidə baxımından onunla müxalif olan Şeyx Salman bin Əbdül Vəhhab adlı bir qardaşı var idi. Qardaşı ilk şəxs idi ki, Məhəmmədin əqidəsinin rədd və inkarı haqqında kitab yazmışdı. Atası da Şeyx Salmanın tərəfini saxlayaraq onun fikirlərinə öz müxalif fikrini bildirdi. Bu şəhərdə də atası, qardaşı və digər alimlərin keşməkeşli nəzərləri ilə qarşılaşır və nəhayət, bu hal atasının vəfatına qədər davam edir.

Atasının vəfatından sonra Şeyxin həyatı

Şeyx Məhəmməd atasının vəfatından sonra öz əqidə və fikirlərini yaymaq üçün daha çox azadlıq əldə edir. Bu səbəbdən digər şəhərlərə səfərlər edir. Eyniyyə şəhərinin valisi Osman ibn Əhməd ibn Məhəmmədlə tanış olaraq onun qızı Cövhərə ilə ailə həyatı qurur. Bəzilərinin onun əqidəsini qəbul etdiklərindən asılı olmayaraq adətləri ayaq altına alınıb, ənənələri pozulduğuna görə o şəhərdən də onu qovurlar. Məsələn, Ömərin qardaşı Zeyd ibn Xəttaba aid olan günbəzin sökülməsini və o şəhərdə camaatın diqqətini cəlb edən qoca ağacın kəsilməsini əmr etmişdi.

Xülasə, Şeyx xüsusi əqidəyə sahib olduğu, o cümlədən sünnə əhlinin başçılarına qarşı etinasızlıq etdiyi, xalqın gözündən düşərək onların qəzəblərinə səbəb olduğu üçün oradan Dəriyyə adlı bir yerə getməli olur.



1 2 3 4 next