HƏZRƏTİ İSANIN İSLAM PEYĞƏMBƏRİNİN GƏLİŞİNƏ MÜJDƏSİ



İsanın (ələyhis səlam) şagirdlərinin onun şahidliyinə nə ehtiyacları var idi ki, o, İsa (ələyhis səlam) barəsində şahidlik etsin?! Lakin məqsəd vəd olunmuş peyğəmbər olsa, hər iki cümlənin mənası doğru olar. Çünki İsanın (ələyhis səlam) ümmətinin onun göstərişini unutması uzun zamanın keçməsi və incil alimlərinin təhrifləri təsiri nəticəsində olmuşdusa da, bəziləri də onları büsbütün unutmuşdular. Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi) onların hamsını yenidən xatırlatdı və həzrət İsanın (ələyhis səlam) peyğəmbərliyinə şəhadət verib dedi: “O da mənim kimi peyğəmbər idi “ Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi), İsanın (ələyhis səlam) ansına ünvanlanan nalayiq sözlərdən bəraət qazandırdı və İsanın (ələyhis səlam) müqəddəs məqamı haqında söylənən “Allahlıq iddiası” böhtanına son qoydu.

3) “Əgər mən getməsəm, Farqelit sizin yanınıza gəlməyəcək” (15:7).

O, Fartqelitin gəlişini öz getməyi ilə şərtləndirib. Əgər məqsəd müqəddəs ruh olsaydı, onun (müqəddəs ruh) istər İsanın (ələyhis səlam) özünə, istərsə də Həvarilərə nazil olması İsanın (ələyhis səlam) getməyi ilə şərtlənməzdi; çünki xristianların etiqadına əsasən müqəddəs ruh həzrət İsanın (ələyhis səlam) təbliğ üçün ətrafa göndərmək istədiyi Həvarilərə nazil olmuşdu. Beləliklə onun nazil olması heç də İsanın (ələyhis səlam) getməyi ilə şərtlənməmişdir. Amma ondan məqəsd şəriət (xüsusilə qlobal şəriət) sahibi olan bir peyğəmbər olsa, bu halda onun gəlişi İsanın (ələyhis səlam) getməyi və onun (İsanın) dininin nəsx olunması ilə şərtlənə bilər.

4) Farqelitin nazil olmasının nəticəsi üç şeylə bildirilib: “Aləmləri günah, doğruluq və insafa vadar edəcək: mənə iman gətirməyəcəkləri üçün günaha”... (16:8)

Bilirik ki, xristianların əqidələrinə əsasən İsa (ələyhis səlam) çarmıxa çəkildikdən 50 gün sonra “müqəddəs ruh” Həvarilərə nazil oldu, heç vaxt onları günah, doğruluq və insafa vadar etmədi və ayənin davamından belə məlum olur ki, o, İsanı (ələyhis səlam) təkzib etməyən Həvarilərə deyil, (dini) inkar edənlərə zahir olacaq. Amma məqsəd vəd olunmuş islam peyğəmbəridir desək, bütün bu xüsusiyyətlər öz təsdiqini tapar.

5) “Farqelit, mənim (İsa barəsində) barəmdə şəhadət verəcək.” (15:26)

“Sizə gələcəkdən xəbər verəcək və məni mədh edəcək.” (13:16)

Həzrət İsaya (ələyhis səlam) şəhadət vermək, onun müqəddəs ruh olmadığının bariz göstəricisidir. Çünki Həvarilərin müqəddəs ruhun təsdiqinə ehtiyacları yox idi. Həmçinin “ona cəlal (əzəmət) bağışlayacaq” sözündən məqsəd vəd olunmuş peyğəmbərin, onun barəsində etdiyi tərif və mədhləri və həzrət İsanın (ələyhis səlam) dinini kamilləşdirməsidir. Bundan üstün cəlalmı var?!

Bu dəlillərə diqqət etsək, bizi islam tədqiqatçılarının əldə etdikləri həqiqətlərə yönəldə bilər. Əlbəttə, dəlillər deyilənlərlə məhdudlaşmır. Hətta bu mövzuya daha artıq diqqət etsək, başqa dəlillər də əldə etmək olar.

Sonda, Fransanın böyük enisklopediyasının 23-cü cildinin 4174-cü səhifəsində olan maraqlı bir mətləbi oxucuların nəzərinə çatdırırıq: “Məhəmməd (səlləllahu ələyhi və alihi), islam dininin banisi, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur; “Məhəmməd” (səlləllahu ələyhi və alihi) kəlməsi, çox həmd və sitayiş olunmuş mənasını daşıyıb, tərifləmə mənasında olaraq “həmd” kəlməsinin kökündən götürülüb. Qəribə bir təsadüfə görə, həmin həmd kəlməsinin kökündən olan başqa bir ad, tamamilə, Məhəmməd (səlləllahu ələyhi və alihi) sözünün sinonimi – “Əhməd” kəlməsidir ki, bəlkə də Ərəbistan xristianları, Farqeliti müəyyən etmək üçün o kəlməni işlədirlər. “Əhməd” çox mədh olunmuş – çox cəlallı mənasını daşıyıb, Perikelitus kəlməsinin hərfi tərcüməsidir; yanlış olaraq Parakelitus kəlməsini onun yerinə qoyublar. Belə ki, Müsəlman yazıçıları, dəfələrlə bu kəlmədən məqsəd, islam peyğəmbərinin zühur etməsinin müjdəsi olduğunu çatdırmışlar. Qurani- məcid də, “Səff” surəsinin heyrətləndirici ayəsində açıq-aşkar bu mövzuya işarə edir.



back 1 2 3 4 5 next