HƏZRƏTİ İSANIN İSLAM PEYĞƏMBƏRİNİN GƏLİŞİNƏ MÜJDƏSİ



İZAH:

1) Həzrət İsa (ələyhis səlam) öz sözünü belə başladı: “Əgər məni sevirsinizsə mənim hökümlərimi qoruyun və mən atadan istəyəcəyəm ki, sizə başqa bir (Farqelit) versin.”

Birinci: Həzrət İsanın (ələyhis səlam) onlara qarşı olan məhəbbəti xatırlatması göstərir ki, o (ələyhis səlam) öz ümmətindən bir dəstənin, gəlişi barədə müjdə verdiyi şəxsə tabe olmayacaqlarını düşünürmüş. Buna görə də, bu məhəbbət və bağlılığı möhkəmləndirmək yolu ilə onları, onu (gələcək peyğəmbəri) qəbul etməyə vadar etmək istəyir. Əgər incil təfsirçilərinin təsəvvür etdikləri kimi, “Farqelit” dən məqsəd “müqəddəs ruh” olsaydı, bu halda belə zəmin yaratmağa ehtiyac yox idi.

Çünki müqəddəs ruh nazil olandan sonra qəlblərdə və ruhlarda elə təsir qoyardı ki, şəkk- şübhəyə və inkara yer qalmazdı. Amma məqsəd vəd olunmuş peyğəmbər olduqda belə bir zəmin yaratmağa böyük ehtiyac var idi. Çünki vəd olunmuş peyğəmbər təkcə bəyan və təbliğlə qəlblərdə təsir qoyur və buna əsasən bir dəstə insaflı insan ona qoşulur və bəziləri ondan üz çevirirlər.

Həzrət İsa (ələyhis səlam) bu qədər xatırlatdıqları ilə kifayətlənməyib, 14-cü bölmənin 29-cu ayəsində bu barədə dediyinə təkid edərək buyurdu: “(Bunları) baş verməzdən öncə (indi) sizə xəbər verdim ki, həyata keçdiyi zaman iman gətirəsiniz.”

Halbuki, müqəddəs ruha iman gətirmək üçün nəinki təkidə, heç tövsiyəyə də ehtiyac yoxdur!

İkinci: O, buyurdu: “sizə başqa bir Farqelit verəcək.” Əgər “burada məqsəd başqa bir peyğəmbərdir” desək, tamamilə söz, özünün doğru mənasını tapar. Amma ondan məqsəd müqəddəs ruh olsa, “başqa” sözünü işlətmək ədəbi baxımdan düzgün olmaz. Çünki ikinci müqəddəs ruh yoxdur və başqa sözü mənasızdır.

2) “Mənim dediklərimin hamısını o, sizə xatırladacaq” (14:26) “(Farqelit) ata tərəfdən gələn doğru bir ruhdur. O mənə şahidlik edəcək” (15-ci bölmə, 26-cı cümlə.)

Deyilənə görə, İsa (ələyhis səlam) çarmıxa çıkildikdən 50 gün sonra müqəddəs ruh Həvarilərə nazil oldu.

Belə bir sual yaranır: bu seçilmiş şəxslər qısa müddətdə onun bütün göstərişlərini unutmuşdular ki, müqəddəs ruh ikinci dəfə onlara öyrətsin?



back 1 2 3 4 5 next