HƏZRƏTİ İSANIN İSLAM PEYĞƏMBƏRİNİN GƏLİŞİNƏ MÜJDƏSİ



“Çünki ata tərəfindən sizə göndərəcəyim Farqelit, ata tərəfindən gələn doğru bir ruhdur; o, mənə şahidlik edəcək.”

“Doğru deyirəm ki, getməyim sizin üçün faydalıdır; əgər mən getməsəm Farqelit sizin yanınıza gəlməyəcək. Lakin getsəm, onu sizin yanınıza göndərəcəyəm. O öz gəlişi ilə insanları günah, doğruluq və insafa vadar edəcək. Onları mənə iman gətirməyəcəkləri üçün günaha, atamın yanına getdiyim və siz məni daha görməyəcəyiniz üçün doğruluğa, bu dünyanın başcısına hökm icra olduğu üçün insafa vadar etmiş olacaq. Sizə deməyə başqa çox sözlərim var, amma (o sözlərə) dözə bilməyəcəksiniz. O gələndə tam doğruluğa hidayət edəcək. Çünki özündən deyil, eşitdiklərini deyəcək, gələcəkdən sizə xəbər verəcək və məni tərifləyəcəkdir. Çünki o, mənə aid olanları tapacaq və sizə xəbər verəcəkdir. Ataya aid olan hər bir şey mənə aiddir; bunu ona görə dedim ki, mənə aid olanları götürər və sizə xəbər verər.”

Əlimizdə olan aydın dəlillər, İsadan (ələyhis səlam) sonra gələn Farqelitin müqəddəs ruh deyil, onun bir peyğəmbər olmasını göstərir.

Əvvəlcə diqqət yetirilməlidir ki, islamdan öncə, xristianlığın bəzi tarixi mənbələrindən görünür ki, həmin vəd olunmuş Farqelitin peyğəmbər olması alimlərə və incil təfsirçilərinə açıq-aydın məlum idi. Hətta bəziləri bundan sui istifadə edərək, özlərini vəd olunmuş “Farqelit” kimi tanıdıblar.

Məsələn, miladi tarixi ilə ikinci əsrdə yaşamış “Müntəsir” adlı bir asket, 187-ci ildə kiçik asiyada peyğəmbərlik iddiası edib dedi: “Mən həzrət İsanın (ələyhis səlam), gələcəyi barədə xəbər verdiyi Farqelitəm” və bir dəstə insan da inanıb onun arxasınca getdilər.

İslamın açıq-aydın tarixindən tam şəkildə məlum olur ki, xristian dünyasının bütün ruhani və siyasi rəhbərləri islam elçisinin zühur edəcəyi günlərdə hamılıqla incilin vəd etdiyi peyğəmbərin intizarında idilər. Məhz buna görə, peyğəmbərin elçisi o həzrətin məktubunu Həbəşə (Efiopiya) hakiminə verən zaman, o, məktubu oxuduqdan sonra üzünü elçiyə tutub dedi: Mən şəhadət verirəm ki, o, əhli-kitabın gözlədiyi peyğəmbərdir. Həzrət Musa (ələyhis səlam) həzrət İsanın (ələyhis səlam) peyğəmbərliyindən xəbər verdiyi kimi, o da, islam peyğəmbərinin gəlişi haqqında müjdə verib və onun əlamətlərini müəyyən etmişdir.

Peyğəmbərin məktubu Roma imperatoruna çatanda o, məktubu oxudu və islam peyğəmbəri barəsində araşdırma apararaq o həzrətin məktubunun cavabında belə yazdı:

-“Sizin məktubunuzu oxudum və dəvətinizdən agah oldum. Mən bilirdim ki, bir peyğəmbər gələcək. Amma onun “Şam”-dan zühur edəcəyini güman edirdim.”

Tarixdə olan bu sətirlərdən məlum olur ki, onlar bir peyğəmbərin gəlişini gözləyirdilər və belə bir intizarın incildən qaynaqlanması açıq- aşkardır.

Həzrətin İsanın (ələyhis səlam) Farqelit haqqında dediyi imtiyazlar, eyni zamanda onun gəlişi və nəticələri barədə saydığı əlamətlər Farqelitin peyğəmbər olması məsələsini qətiləşdirir və onu “müqəddəs ruh” kimi təfsir etməyin qarşısını alır.



back 1 2 3 4 5 next