HƏZRƏTİ İSANIN İSLAM PEYĞƏMBƏRİNİN GƏLİŞİNƏ MÜJDƏSİ



SUAL: Qurani–Kərimdə oxuyruq: Həzrət İsa (ələyhis səlam), özündən sonra (Əhməd adlı) İslam peyğəmbərinin gələcəyini xəbər vermişdir; bu cümlə hal –hazırkı incillərdə mövcuddurmu?

CAVAB:

Bu barədə Qurani – məciddə olan ayə belədir:

... و مبشرا برسولٍ ياُتي من بعدي اسمه احمد فلما جاهم بالبينات قالوا هذا سحر مبين ...

“...və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərə (sizə) müjdə verən Allah elçisiyəm!” Sonra onlara açıq-aşkar möcüzələrlə gəldikdə, onlar: “Bu açıq-aydın sehrdir!” – dedilər...

“İslam tədqiqatçıları deyirlər: Həzrət İsanın (ələyhis səlam) müjdəsini nəql edən ayə, “Yuhənna” incilinin 14, 15 və 16-cı bölmələrində yer alır və “Yuhənna” incilinin yazdığına əsasən həzrət İsa (ələyhis səlam) özündən sonra (Farqelit) adlı bir şəxsin gələcəyi barədə xəbər vermişdir. Bir çox dəlillər, deyilənlərdən məqsədin islam peyğəmbəri olduğuna şahidlik edir. Bu məsələyə aydənlıq gətirmək üçün sözü gedən incilin o bölməsini, onun hansı ayədə olduğunu müəyyən etməliyik.

İNCİLİN MƏTNİNDƏN SƏTİRLƏR:

“Əgər məni sevirsinizsə, mənim hökmlərimi qoruyun və mən atadan istəyəcəyəm ki, sizə başqa bir (Farqelit) versin; (o) sizinlə əbədi qalacaq. O, dünyanın qəbul edə bilməyəcəyi haqq və doğru ruhdur; çünki, (dünya) onu görmür və tanımır. Amma o, sizi tanıyır; çünki, sizin yanınızda qalacaq və sizinlə olacaq.”

“Mən bu sözləri sizə, sizinlə olduğum zamanda dedim, amma atanın mənim adımla göndərəcəyi Farqelit hər şeyi sizə öyrədəcək və sizə dediklərimin hamısını yadınıza salacaq.”

“(Bunları) baş verməzdən öncə (indi) sizə xəbər verdim ki, həyata keçdiyi zaman iman gətirəsiniz.”



1 2 3 4 5 next