İMAMƏT (1) VƏ (2)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İMAMƏT (1) VƏ (2) Dinin əsas etiqadlarının dördüncüsü imamətdir. İmamət nədir ? İmamət – yəni xalqın dini və dünyəvi işlərinin idarə olunması və rəhbərliyinin islam peyğəmbəri Muhəmməd ibn Əbdullahın (s) canişininə tapşırılması. İmamın olması peyğəmbərlərdən sonrakı dövr üçün iki cəhətdən zəruridir: 1 – Danışığı və fərmanı nüfuzlu olmayan bir rəhbər olmadan ictimai həyatın uğurlu olması mümkün deyildir. Nə qədər ki, peyğəmbər sağ idi, müsəlmanların hakimiyyət və rəhbərlik məsələləri onun əli ilə idarə olunurdu. Diqqət yetirmək lazımdır ki, peyğəmbər göylərin səfiri və nümayəndəsi idi, bundan əlavə o, eyni zamanda müsəlmanların hakim və hökmdarı idi. Bu cəhətdən peyğəmbərin vəfatından sonra müsəlmanların rəhbərlik və hükumət məsələləri hərəkətdən qalmamaq üçün onun canişini bu məqamı ələ almalı, peyğəmbərin hədəflərini bütün dünyada olan tövhid qanunlarına əsasən həyata keçirməli, xalqı isə istənilən kamal dərəcəsinə çatdırmalı idi. Əgər belə olmasaydı, Rəsuli-Əkrəmin (s) zəhmətləri aradan gedərdi və müsəlmanlar təkamül karvanından geri qalardı. Doğrudan da bir zamanlar tədbirli və uzaqgörən başçıların olmaması ucbatından islam dünyası çox şey itirmişdir. Peyğəmbər (s) təkcə müsəlmanların hakim və başçısı deyildi, o, həmçinin ilahi səfir idi ki, həqiqətləri xalq üçün açıqlayırdı. İslam peyğəmbərinin vəfatından sonra həqiqətləri öyrətmək və dini-məzhəbi məfhumları izah etmək üçün, islam peyğəmbərinin izah etmədikləri dini hökmləri xalqa çatdırmaq üçün bir şəxs olmazsa, yəni xalq arasında bu böyük vəzifələri həyata keçirən bir başçı rəhbər olmasa, islam dünyasına xələl yetişər, böyük çətinliklər qarşıya çıxar. Bu cəhətdən lazımdır ki, peyğəmbərin canişini hesab edilən imam işləri öz öhdəsinə götürsün. Beləliklə də xalqın dini və əqıdə baxımından olan problemləri həll edilmiş olsun. Bəzən belə söylənilir ki, peyğəmbər islam qayda-qanunlarını kamil şəkildə xalqa bəyan etmışdır. Bu o deməkdir ki, o, islam ayinlərini ümumi və küll halda, bütöv bir sistem kimi tam şəkildə xalqa çatdırmışdır. Ancaq eyni zamanda bütün bu ümumi məsələləri izah etmək və çətinlikləri aradan qaldırmaq üçün Quranın ali həqiqətlərini camaata öyrətmək üçün öz məlumat səviyyəsinə görə peyğəmbərin (s) səviyyəsinə uyğun böyük bir müəllim varlığına mütləq və zəruri bir ehtiyac vardır. İmam Sadıqın (ə) şagirdlərindən biri ilə bir nəfər sünni alimi arasında peyğəmbərdən sonra imam və rəhbərin zəruri olması haqqında gedən söhbət və mübahisəyə fikir verək. Bu söhbətdə bir sıra mühüm cəhətlər açıqlanmışdır.
|