əhdəviyyət hakimiyyətinin qərb qloballaşdırmasına münasibəti



Həzrəti Məhdi(ə c)in hökuməti armani hökumət olaraq İlahi göstərişlərə əsaslanır. O hökumətdə bütün insanların ədalət, rahatlıq, xoşbəxtliyi tam formada təmin olacaq. Qeyd olunan hökumət sistemi dünya üçün ideal hökumət qurluşudur. Onun müqabilində qərb qloballaşdırması istəyir qərbin qurluş və mədəniyyətini millətlər arasında yerləşdirsin. Qərb məxsusən Amerika internet, peyk anteni kimi yüksək rabitə qovşaqlarından və texnologiyadan istifadə etməklə dünyanın hakimiyyətini ələ keçitmək üçün çalışırlar. Onlar kapitalist rejimini dünyada hakim etmək istəyirlər. Qərblilər spesifik dahiliklə qloballaşma cərəyanını öz mənfəətləri səmtə meyilləndirirlər. Dünyada yalnız iddia etməklə və öz iddialarını genişləndirməklə bir çox geridə qalmış dövlətləri aldadırlar. Bəşər hüququ, demokratiya, beynəlxalq əmniyyəti qoruma qüdrəti, azadlıq, terroristlərlə mübarizə, atom stansiyalarını məhv etmək kimi konsepsiyaları beynəlmiləl səthdə araşdırmaq və açıqlamaqla öz qəhrəmanlıqlarını dünyaya tanıtdırmaq istəyirlər. Amerika və onun muzdurları digər ölkələrə hücüm və təcavüz etmək üçün bəşər hüququ, demokratiya və bu kimi anlayışlardan kömək alırlar. Azadlıq və demokratiyadan müdafiə adı altında Viyetnam, Əfqanıstan və İraqa təcavüz edirlər. Həqiqətdə onlar özlərini dünyanın ağası və sahibi sanırlar. Qloballaşma prossesini də öz mənfəətləri tərəfə sövq edərək, ancaq özlərini düşünürlər. Birləşmiş millətlər təşkilatını da yalnız bu məqsədlə meydana çıxartdılar ki, qlobal hökumətin qurluşu üçün münasib zəmin yaratsın. Göründüyü kimi qüdrət sahibləri Amerika, Fransa, İngiltərə birləşmiş millətlər təşkilatına rəhbərlik edirlər. Veto haqqı yalnız beş ölkənin ixtiyarındadır. Bu onun üçündürki, onların mənafeyilə müxalif olan sağlam düşüncəli insanların verdikləri proqramları yerindəcə boğsunlar. Azadlıq və müstəqillik üçün edilən qiyam və inqilabların üzvləri əgər Amerika və ona dost ölkələr ilə müxalifdirlərsə, onları terorist hesab edilirlər. Amerika üçün onların mənafeyinə zidd olan hər hansı islah və inqilab edənlər teroristdirlər. Aydındır ki, Həzrəti Məhdi(ə c)in qloballaşdırma prossesi qərbin verdiyi ülgü ilə ziddir. Çünki bu acı həqiqət açıqcasına bəşər hüququ və ədalətlə müxalifdir. Hər bir sağlam düşüncəli şəxs bunu dərk edərək öz nifrətini ona bildirir. Bir halda ki, Həzrəti Məhdi(ə c)in hökumətinin əsas xüsusiyyətlərindən biri ədaləti yer üzündə icra etmək və genişləndirməkdir. Bundan əlavə qərbin qloballaşdırma düşüncəsinin fəlsəfi qaynaqları da Həzrəti Məhdi(ə c)in hökumətinin ideoloji köklərilə uzlaşmır. Bu cəhətdən hazırda dünyaya hakim olan qərbrəngli qloballaşmanın uzlaşmayan tərəflərini İslamdakı Məhdəviyyət ideyası ilə tədqiq və müqayisə etmək yerinə düşər.

Qərb qloballaşdırma əsaslarının tənqidi

İslamda mövcud olan Məhdəviyyət konsepsiyası ilə uzlaşmayan qərb təfəkkürünün əsasları aşağıdakılardan ibarətdir :

1- Humanizm (Personalizm)

Qərb mədəniyyətinin teori və əsası humanizm əsasında qurulub. Bir halda ki, İslamda qeyd olunan Məhdəviyyət mövzusu kainatın yaradıcısı,Uca Tanrıya əsaslanaraq, qurulacaq. İnsanmədarlıq bu deməkdir ki, insan təbiətin bir hissəsidir və buna görə var olduqdan sonra davamlı şəkildə bu məsafəni seyr etmişdir. Bildiyimiz kimi bu nəzəriyyə Darvinin təbiət barəsindəki, nəzəriyyəsinin təsiri altındadır. Bəlkə ondan da daha artıq irəliləyərək, deyir: “Hər bir şey hətta fəlsəfə və din dəyişmə qanununa tabedir.” Göründüyü kimi bu təfəkkür tərzi aydın formada insan və təbiətin Ulu Tanrı tərəfindən yaradılmasını inkar edir. Qeyd olunan insanpərvərlik ideyası hər cür mənəvi dəyərlərdən uzaqdır. Hər şeyə yalnız Maddi yanaşır. Təbiidir ki, bu əsaslandırma İslam dinindəki düşüncə formu ilə qnosoloji cəhətdən uzlaşmayacaq. Çünki, İslam insan və təbiəti Allahın məxluqu sayır. Buna görə insan və təbiətin yaradıcısı insan və təbiəti hər tərəfli əhatə etdiyinə görə, insanın yer üzündə sağlam yaşaması üçün bir sıra qayda qanunlar və göstərişlər vermişdir. Deməli Həzrəti Məhdi(ə c)in beynəlmiləl hökuməti İlahi dəyərlər əsasında qurulacaq. Ancaq bu hökumətdir ki, bəşərin maddi problemlərinə və mənəvi dəyərlərinə hər tərəfli yanaşaraq onları həll edəcək.

2- Sekularizm (siyasi və ictimai həyatdan dinin təcrid olunması)

Qərb alimləri dinin dünyəvi və ictimai həyatdan təcrid olunmasına təkid edirlər. Bir halda ki, Məhdi(ə c) in hakimiyyəti idarəçilik ilə dinin birliyinə əsaslanır. İslamın qayda qanunları fərdi yaşayış həyatından əlavə bəşərin dünya miqyaslı ictimai və siyasi yaşayışını da əhatə edir. Aydındır ki, qərbin irəli sürdüyü qloballaşma Məhdəviyyət nəzəriyyəsi ilə uzlaşmayacaq. İslam mədəniyyətində din siyasətin özüdür. Məhz buna görə də onları ayırmaq mümkün deyil. Tarix boyu İlahi peyğəmbər və övliyalar bəşərin mənəviyyatını və daxili dəyərlərini islah etməkdən əlavə ictimai islahat, zülmü aradan qaldırmaq və ədalət kimi dəyərləri də icra etməyə məmur idilər. Dini siyasətdən ayırmaq bəşəri müxtəlif şəkilli giriftarçılıq və boşluq ilə üzbəüz edib. Amma Həzrəti Məhdi(ə c)in beynəlxalq dövləti dini hökumətə əsaslanaraq, Uca Tanrının hökmlərini icra edəcək.

3- Liberalism (Qeyd bəndsiz azadlıq)

Liberalizm hazırkı qərbin qeyd bəndsiz azadlığını insana bağışlayıb. Buna əsasən dinin, dövlətin və sair qüvvələrin qanun çərçivəsində hər hansısa bir azadlığı insandan almağa haqqı yoxdur. Hər bir şəxs sərbəst azadlıqla öz istəklərini həll edə bilər. Bu nəzəriyyə fərdi və ictimai həyatda din və dövlətin az rol oynaması ilə nəticələnir. Həmçinin müxtəlif təbəqələrin arasında boşluqların genişlənməsinə kömək edir. Qeyd olunan mövzu Məhdəviyyət proqramı ilə də uzlaşmayan bir cərəyandır. Məhdəviyyət nəzəriyyəsi bəşəriyyəti həqiqi səadət, mənəviyyat və fəzilətə dəvət edir. İnsanın azadlığını mənəvi dəyərlər və fəzilətlər çərçivəsində formulə edir. Məhdəviyyət ideyası həqiqətdə insan azadlığı ilə ziddiyyətlənmir. Çünki Tanrı insanı azad və ixtiyarlı mövcud xəlq etmişdir. Əlbəttə Məhdəviyyət ideologiyasına görə insanın azadlığı bu mənaya deyildir ki, istədiyi hər işi edə bilər. Bu əxlaqi çərçivədə olmalıdır. Məsələn, digərlərinin azadlığına xələl gətirə bilməz və ya bir sıra insanların məhv etməyi planlaşdıra bilməz. İnsan azadlığı bu mənayadır ki, insan özünü Allahdan başqa heç bir şəxsin önündə qul deyil və özünü nəfsin çirkinliklərindən, məqampərəstlikdən və sairdən azad etməlidir. Məhz buna rəğmən hər şəxs həyatda azad və ixtiyarlı şəkildə düzgün yolu seçib, ona əsasən irəli gedə bilər. Amma qərbin liberalizm cərəyanı bu mənaya olan azadlığı məqbul hesab etmir. Ancaq məsuliyyətsiz və Qeyd bəndsiz azadlığa inanır. Halbuki, azadlığı bu mənaya qəbul etmək digər insanların azadlıqlarını məhdudlaşdırmaqdan əlavə onlara zülm etmək kimi özünü təzahür edir. Deməli qərbin qloballaşmasının əsaslarından hesab edilən liberalizm İslamdakı Məhdəviyyət reallığı ilə uyğun gəlmir.

4- Empirizm və sensualizm

Qərb təfəkkürünün əsaslarından biri də hiss və təcrübəyə varmaqdır. Empirizm və sensualizm bu əqidədədir ki, hər şey yalnız hiss və təcrübə metodu ilə isbat olunduğu təqdirdə həqiqi və elmi olur. Başqa sözlə desək qərb düşüncə tərzi məhz əql və təcrübə əsasında qurulub. Lakin Məhdəviyyət ideyası zəkadan əlavə vəhy və İlahi maarifə də əsaslanır. Təbiidir ki, qərb filosofları varlığa yalnız maddi aspektdən yanaşdıqlarına görə metafiziki, maddi varlıqların arxasındakı mövcudları inkar edirlər. Bu cəhətdən də qərbin irəli sürdüyü qloballaşdırma Məhdəviyyət ideyası ilə uzlaşmır. Üstəlik qərb qloballaşdırması qeyri qərb dövlətlərini istemar və istismar eməklə nəticələnib. Onların inkşaf etmiş texnologiyalara təsəllütü onların təkəbbür və eqoistliklərinə səbəb olur. Məhz buna görə də öz liderlik iddialarını beynəlxalq aləmə elan edirlər. Qərb hegemonluğu bütün aləmi tutur. Bir haldaki İslamda irəli sürülən Məhdəviyyət versiyası bütün el, oba, qəbilə, şəhər və dövlətlərdə ədalətin genişlənməsinə təkid edir. Məhdəviyyət mədəniyyətində insanlar qərb, şərq, şimal və cənubda yaşamaqlarından asılı olmayaraq eyni hüquqa malikdirlər. Onların hamısı Allahın bəndələridir. Şərq və qərb, rəng və milliyyət bəşər arasında üstünlüyə səbəb olmamalıdır. Habelə əgər qloballaşma dünyada kapitalist dövlətlərinin hegemonluğuna səbəb olarsa yenə də Məhdəviyyət armanı ilə uzlaşmayacaq. Çünki, qərb kapitalizmi ancaq daha çox mənfəət əldə etməyə əsaslanır. Budaa bəşəriyyətə zülm etməyə səbəb olur. Mənfəət və sərvət ancaq bir sıra insanların ixtiyarında olur. Bir çox insan cəmiyyətləri ondan məhrum edilirlər. Amma İslamın irəli sürdüyü Məhdəviyyət variantında mənfəət və sərvət bütün insan ictimaiyyətinin ixtiyarında qoyulacaq. Əlbəttə İslam baxımından iqtisad və pul yalnız dünya və axirət səadətinə çatmaq üçün bəşərin ehtiyaclarını təmin etmək üçündür. İslam öyrədir ki, Tanrı insanı təkcə dünya üçün yaratmamışdır. Real aləm be dünya deyil. İnsanın həqiqi səadəti gələcək dünyadadır. Bu haqda Quran deyir :

وإن الدار الآخرة لهي الحيوان لو كانو يعلمون

“ Axirət dünyası şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər. ” (Ənkəbut : 64)

Aydın oldu ki, qloballaşmanı əgər qərb qloballaşdırması məzmununa tutsaq Məhdəviyyət armanı ilə uzlaşmayacaq. Amma əgər qloballaşma qərb anlayışından çıxıb, beynəlxalq həmkarlıq və əməkdaşlıq mənası daşıyarsa, və vahid beynəlmiləl hökumətin qurluşu ilə nəticələnərsə, Məhdəviyyət məfhumu ilə uyğunlaşmaqdan əlavə Həzrəti Məhdi(ə c) in vahid hökumətinin əsas amillərindən biri kimi də vurğulana bilər. Çünki, yalnız bəşəriyyətin məsləhət və zərərləri əsasında beynəlmiləl dövlətin mövcud varlığını təsəvvür etmək mümkündür. İnsanın həqiqi məsləhət və zərərlərinı təkcə, tam şəkildə onu xəlq edən varlığın agahlığına görə ondan başqa heç bir mövcudun vahid aləmi idarə etməyə ləyaqəti yoxdur. Özünü Allahdan başqa hər şeydən azad edən şəxs təkcə bu böyük məsuliyyəti öhdəçiliyinə götürə bilər. Başqa sözlə desək, vahid hökumətin lideri digər bəndələrdən üstün, Tanrıya yaxın və İlahi insan olmalıdır. İşlərində yalnız Allahı nəzərdə tutmalı və onun üçün hərəkət etməlidir. O İlahi şəxsiyyət dini rəvayətlərdə gələn nicatverici Məhdi (ə c)dən başqa bir şəxs deyil.

Qloballaşma, problemlər və perspektivlər

Qloballaşma cərəyanı dini və ictimai fürsətlər və perspektivlər gətirməklə yanaşı, o sahələrdə problemlər də yarada bilər. Bu predmet qeyd olunan prossesin keyfiyyət və mahiyyətini olduğu kimi dəyərləndirməyə və xarakterizə etməyə bağlıdır. Qloballaşma bir tərəfdən din və dövlətin rolunu ictimaiyyətdə kəmrəng edir, digər tərəfdən isə beynəlxalq aləmdə dini ideyaların genişlənməsi üçün yüksək zəmin yaradır.



1 2 next