Islamda və vahabiçilikdə matəm




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Əzədarlıq və matəm İslamda yeni bir fenomen deyildir. Elə ilk günlərdən müsəlmanlar əzizlərinin vəfat, yaxud şəhadəti üçün göz yaşı axıtmışlar. Seyyiduş Şuhəda Həmzənin şəhadəti, yaxud Xədicənin (s) vəfatını nümunə göstərmək olar. Eləcə də sonralar İmam Hüseyn (ə) üçün olan təziyə və müsibət məclislərini misal çəkmək olar.

Vahabilər - matəm və əza məclislərinin dini qadağası olmadığı bir halda - digər ölülər üçün ağlayıb ah-zar etməyi, əlbəttə, İslamın əvvəllərindəki əzadarlıqları istisna etmək şərtilə, haram və cahillik dövrünün əməllərindən olduğunu söyləyirlər. Onlar bu iddialarını sübuta yetirmək üçün Peyğəmbərdən nəql olunan rəvayətə sığınırlar:

"اِنَّ رَسُول الله قَالَ: أربَعٌ أُمَّتِي مِنْ أَمْر الْجَاهِليَّة لا يُتْرِكونَهُنَّ: الفخر بالاحتساب والطعْنُ فِي الْأنساب والاستسقاء بالنجوم والنياحة" [1]

“Mənim ümmətimdə tərk olunmayan cahillik xüsusiyyətlərindən dörd xüsusiyyət vardır: Keçmişdəkilərlə fəxr etmək, dədə-babalarının eyiblərini deyib irad tutmaq, nücum və ulduzlar vasitəsilə yağış tələb etmək və nəhayət, ölülərə matəm saxlamaq”.

Sonra “Ən-Niyahə” sözünün təfsirində belə deyilir:

"النياحة أي رفع الصوت بالنّدب عَلَى الميّت... و ذلك ينافي الصبر الواجب و هي من الكبائر لشدة الوعيد والعقوبة عليها"

“Ən-Niyahə” barəsində belə yazırlar: vəfat etmiş şəxs üçün hündür səslə nohə oxumaq deməkdir.... Bu növ əzədarlığın səbirlə təzadı vardır və çoxlu əzab və cəzalarla nəticələndiyi üçün böyük günahlardan hesab olunur.

Bu rəvayətin tənqidi

Bu rəvayətin sənədinin hələ düzgün olub-olmamasını nəzərə almadan qeyd etmək lazımdır ki, bu rəvayətin canlı nümunəsi cahillik dövründəki bəzi qadınların nohə oxumalarıdır. Bu qadınların iş-peşələri başına müsibət gələn şəxslərin evinə yığışıb xüsusi formalarda əzədarlıq etmək imiş. Bu qadınların namünasib rəftarları bizim Peyğəmbərimizin onlar kimi şivən salmağı qadağan etməsinə səbəb olmuşdur. Belə olmadığı halda sırf əzədarlıq etməyin islami nöqteyi-nəzərindən heç bir eybi yoxdur.[2]

Etiraf etmək lazımdır ki, möminlərin xüsusiyyəti sayılan səbirin bəyənilmiş bir xasiyyət olmasından asılı olmayaraq bu işin vacib olmasına heç bir dəlil yoxdur. Yəni başına müsibət gələn şəxs əgər səbir edə bilməzsə, böyük günah işlətməmişdir.



1 2 3 4 next