Həzrəti Məhdi (ə.c)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Ələddin Məlikov Şübhəsiz, Məhdi (ə)-ın zühuruna inam İslam əqidələrindəndir. Bu əqidənin əsasını aşkar şəkildə Kitab və Sünnədə öz əksini tapmışdır. Bu həqiqət İslamın ayrılmaz bir hissəsidir. Quranın bəzi ayələri və bir çox rəvayətlər bu həqiqəti dəqiq şəkildə vurğulamışdırlar. Belə ki, bəzi rəvayətlərə əsasən onun inkarı (nübüvvətin inkarı kimi) küfr hesab edilir. Həzrət Məhfi (ə)-ın zühuru məsələsi, Peyğəmbərin zamanında bu günümüzə qədər bütün on dörd əsr boyu inkar edilməz bir həqiqət kimi qəbul edilmişdir. Tarix boyu səhabələr, alimlər, mühəddislər, ədiblər, şairlər və xəlifələr bu məsələni qəbul etmiş və ona etiqad bəsləmişlər. "Müntəxəbül-əsər" kitabı bu haqda Şiə və Əhli Sunnə təriqi ilə rəvayət olunan hədislər toplusudur. Amma hal-hazırda bu kitab kimi neçə belə kitablar təlif edilməkdədir. Qeyd etmək lazımdır ki, bu kitablar mənbə və elmi təhqiqat nöqteyi-nəzərindən daha da genişdir. Bu geniş tədqiqatlara baxmayaraq, iki əsas məsələ hədis, təfsir, tarix, kəlam və məzhəb haqqında kitablara müraciət edənlər üçün böyük əhəmiyyətə malikdir. Birinci: Həzrət Məhdi (ə)-ın zühuru islam həqiqətlərindən biridir. Müsəlmanlar bu həqiqəti "İslam Peyğəmbəri (s)-ın" dilindən eşidib, öyrənmişdirlər. Bu səbəbdən İmamın inkar edilməz bir həqiqətidir. İkinci: İmam Məhdi (ə)-ın "Həzrət İmam Həsən Əsgəri (ə)-ın" övladı olma əqidəsi də O Həzrətin viladətindən öncə (hicrinin 255-ci ilindən əvvəl) və eləcə də atasından əvvəl Peyğəmbərin (s) Əhli Beyti tərəfindən bəyan edilmişdir. Əhli Beyt (ə)-da- islam Peyğəmbəri (s)-ə istinad etmişdirlər. Əlbəttə bu haqda olan hədislər əhli sünnə təriqi ilə də rəvayət edilmişdir.[1] Bu hədislərin Həzrətin viladətindən sonra ya qeybəti-suğrada və ya qeybəti-kubrada meydana gəlməsi ağlasığmaz və qəbul edilməzdir. Hədisləri bir yerə toplayan kitabların müəllifləri haqda güman edilmir ki, hər hansı bir kəlməni özlərindən uydursunlar. Çünki onlar tapılmış, etimad qazanmış və əmanətə xəyanət etməyən insanlardır. Onlar bu hədisləri öz ustadlarından və ya "Həzrət Məhdi (ə)-ın" atasının viladətindən öncə mövcud olan hədis kitablarından istifadə etmişdirlər. Eləcə də mümkündür ki, İmamların və səhabələrin zamanında yaşamış imanlı hədis alimlərindən rəvayət edilmişdirlər. Bu hədislərə müraciət edən hər hansı bir şəxs "Həzrət Məhdi (ə)-ın" Həzrət İmam Həsən Əsgərinin oğlu olmasında heç bir şübhə etmir. Bu həqiqət İslam Peyğəmbəri (s)-ın, Əli (ə)-ın, Fatimeyi Zəhranın, İmam Həsən (ə)-ın, İmam Hüseyn (ə)-ın və İmam Hadi (ə)-a qədər olan bütün İmamların əqidəsidir. Bəzi insanlar deyir: Bu əqidənin İslam Peyğəmbəri (s)-nə istinad edilməsində heç bir şübhə yoxdur. İnkar edilməzdir ki, Məhdi mövzusunda yüzlərlə hədis, təvatür şəkildə Peyğəmbər (s), Əmirəl-Möminin və digər İmamlardan rəvayət edilmişdir. Ümid edirik ki, Allahın köməyi ilə dərk edib, O həzrətin ardıcıllarından olaq. Amma sual bundan ibarətdir ki, Məhdi (ə)-ın zühuruna inam, O həzrətin dünyaya hakimiyyəti və edəcəyi islahatlar bizim indiki vəziyyətimizə nə kimi təsiri olacaqdır? Bilmək istəyirik ki, Sünni və Şiəni ortaq məxrəcə çatdıran və əqidədən, siyasi və ictimai işlərin islahı, qarşılaşdığımız bütün bu çətinliklərin əlacı üçün bəhrələnə bilərikmi?
|