MƏDƏNİYYƏT VƏ TƏRƏQQİDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 MƏDƏNİYYƏTŞÜNASLIQ VƏ ONUN BİR ELM KİMİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ Mədəniyyətin ümumbəşəri məna və məzmununu tədqiq edən,onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən mədəniyyətşünaslıq ifadəsi “kulturologiya” sözünün tərcüməsidir. Latınca “culture”, yunanca “logos” (təlim, elm) sözlərinin birləşməsindən yaranan “Mədəniyyətşünaslıq” termini “mədəniyyət haqqında elm” mənasını ifadə edir. Elmi və publisistik ədəbiyyatda “mədəniyyət” termininin ilk dəfə kim tərəfindən işlənməsinə dair müxtəlif fikirlər vardır. Lakin “Kultur” termininin ilk dəfə Qədim Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada qeyd etdiyimiz termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar isə Mark Tullis Sisseron (e.ə.3.1.106 Arpinum - e.ə. 7.12.43. Kayeta yaxınlığında, indiki Qasta) tərəfindən işlənmişdir, Maraqlıdır ki, M.T.Sisseron özünün 58 məhkəmə və siyasi nitqində ritorikaya, fəlsəfəyə, siyasətə aid 19 traktatında, o cümlədən, 800 məktubunda bu termindən dəfələrlə istifadə etmişdir. Avropada “mədəniyyət” termini bəşər tarixinin keçdiyi üç dövrün - vəhşilik, barbarlıq, sivilizasiya - üçüncü mərhələsini bildirmək üçün qəbul olunmuşdur və onu bu mənada ilk dəfə 1767-ci ildə Şotland filosofu A.Fergüson işlətmişdir. Sonralar görkəmli Amerika etnoqrafı, arxeoloqu, ibtidai icma cəmiyyəti üzrə tarixçi Lüis Henri Morqan (21.11.1818. Orora, Nyu-York, -17.12.1881. Roçester, Nyu-York) bu bölgünü daha da əsaslandırmışdır. İslam Şərqində “mədəni” termini ərəblərdən alınmış və aşağıdakı mənaları ifadə etmişdir: l. şəhərli, qəsəbəli 2. oturaq, yəni, köçəri olmayan 3. mədəniyyətin yüksək səviyyəsində olan; elmli, oxumuş, 4. mədəniyyətə mənsub olan. Müxtəlif dövrlərdə yuxarıda qeyd etdiyimiz alim və mütəfəkkirlər tərəfindən işlənməsinə baxmayaraq bu termin keçən əsrin əvvəllərində Amerika alimi Lesli Uayt (1900-1975) tərəfindən elm kimi tədqiq olunmağa başlanmışdır. Öz təlimini “kulturologiya” adlandıran alim bildirdi ki, bu termin həm insan cəmiyyətini, həm də onun mədəniyyətini əks etdirir. Deməli, “Mədəniyyətşünaslığ”ın predmetini mədəniyyət, cəmiyyətdə onun yeri və rolu, inkişaf istiqamətləri, hansı səviyyələrdə mövcudluğu və s. təşkil edir. Bəşər tarixində elə bir dövr olmamışdır ki, mədəniyyət məsələləri orada öz əksini tapmasın. Çünki, mədəniyyət kainatda insanın yaranması ilə bir zamanda meydana gəlmişdir. İbtidai insanın hər hansı yeni bir xüsusiyyət qazanması mədəniyyətə doğru irəliləyiş olmuşdur. Dəyişən hər bir əsr insanların şüur və fəaliyyətində dəyişikliklər yaratdıqca onların maddi həyat tərzi də dəyişmiş, dünyagörüşləri, həyata baxışları dövrün tələbinə uyğun şəkildə inkişaf etmişdir. Söz yox ki, insanların tarixi inkişafı ilə cəmiyyətdə yaranan dəyişikliklər mədəniyyətdə də öz ifadəsini tapmışdır. Hər bir tarixi dövr, cəmiyyətin hər bir özünəməxsus forması bu mənada özgün mədəniyyətə malik olmuşdur. Marksizmə görə mədəniyyət ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin və xüsusi mülkiyyətin təşəkkül tapması ilə meydana çıxmışdır. F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində mədəniyyəti cəmiyyətin xüsusi inkişaf mərhələsi kimi göstərmişdir. Mədəniyyətin bir çox formaları vardır: bədii mədəniyyət, əxlaq mədəniyyəti, hüquq mədəniyyəti, istehsal mədəniyyəti, xidmət mədəniyyəti, siyasi mədəniyyət, nitq mədə9 nivyəti və s. Eyni zamanda bu formaların hər birinin oxşar və fərqli cəhətləri vardır. Oxşar cəhət ondan ibarətdir ki, hər hansı forma insane fəaliyyəti ilə şərtlənir. Fərqli cəhət isə bu formaların hər birinin özgün məzmununda ifadə olunur. Mədəniyyətin aşağıdakı inkişaf mərhələləri vardır; a) Qədim Şərq mədəniyyəti;
|