İSLAM FƏLSƏFƏSİ



Amma bu səhvdir, çünki fəlsəfənin “varlıq” barədə olan məsələləri əqli arqumentlərlə isbat etməkdən əlavə heç bir şərti yoxdur və bu yolla isbat olunmuş məsələlər, tamamilə fəlsəfi məsələlərdir. İstər məsələnin meydana gəlməsinin və həllinin səbəbi dini müdafiə etmək olsun, istər də başqa səbəblər.

3.       Təzə dəlillərin gətirilməsində təsir:

Dini təlimlər varlıq barəsində dəlil-sübuta ehtiyac görmür. Amma bu məsələdə yeni dəlillər təklif edir. Məsələn: “Siddiqin dəlili” həmin yolla yaranıb. Bu dəlil Allahın varlığını sübut etmək üçündür. Allahın varlığını isbat etmək üçün dəlil gətirilməsi yeni olmasa da, bu dəlil növü yenidir.

4.       Səhvlərin aradan qaldırılmasında təsir:

Qeyd etdiyimiz kimi, bəzi varlıq məsələlərində din əqlə zidd hökmlər irəli sürür ki, bu da qarşılaşma yaradır.

Əgər fərz etsək ki, bu mövzularda dinin çıxardığı hökm qətidir, onu heç cür təfsir  etmək mümkün deyil və digər tərəfdən, əqlin hökmü də dəlillərlə isbat edilmiş məntiqi üsulun nəticəsidir,

Bu məqamlarda din fəlsəfəyə öz təsirini göstərir. Amma fəlsəfə də öz fəlsəfi mahiyyətini itirmir.

Fəlsəfənin bundan artıq islami olmasını gözləmək, zənnimizcə səhv olardı.

3. İslam fəlsəfəsi mövcuddurmu?

Məlum oldu ki, İslam fəlsəfəsinin olması mümkündür. Bəs elə isə belə bir fəlsəfə varmı?

Bu sualın cavabında yuxarıda sadaladığımız dörd üsulun hər birinə çoxlu misallar və nümunələr gətirmək olar.

İstiqamətləndirmə üçün ən aydın misal bundan ibarətdir ki, İslamın ən yüksək bildiyi məsələ olan tövhid mövzusu İslam fəlsəfəsində geniş yer tutur. Bunu aydınlaşdırmaq üçün Aristotel fəlsəfəsi ilə İbn Sina fəlsəfəsini müqayisə etmək lazımdır. Bu məsələ Aristotel fəlsəfəsində dörd səhifədə müxtəsər şəkildə verilir, özü də birinci hərəkətverən, amma özü hrəkət etməyən varlıq adı altında. Lakin İslam fəlsəfəsinin əvvəlinci və geniş kitablarından sayılan İbn Sinanın müəllifi olduğu “Şəfa” kitabında “ilahiyyat” bəhsinə yüz səhifədən çox yer ayrılıb. Deməli, qeyd olunan mövzu burada əsas prinsiplərdən birinə çevrilib. Sədrül-mütəəllihinin 9 cildlik “Əsfar” kitabının ¼ isə hissəsi yalnız bu məsələ ilə bağlıdır.

Digər bi nümunə “Siddiqin dəlili”ndən ibarərtdir. Bu dəlil “Onun hər şeyə Qadir olması kifayət deyilmi?”- ayəsi əsasında qurulub. İlk dəfə buna Farabi öz “Hikəm” kitabında işarə edib. Sonra İbn Sina bu dəlili təkmilləşdirmişdir. Nəhayət Sədrül-mütəəllihin Molla Sədra öz “Əsfar” kitabında bunu varlığın əsilliyinə və onun mərhələlərinə əsaslandıraraq isbat edibdir. Bu dəlilin ən aşkar xüsusiyyəti bundan ibarətdir ki, bütün mümkün məxluqların varlığını inkar etsək belə (vacib varlıq olan), Allahın varlığı isbat olunacaq.



back 1 2 3