İSLAM FƏLSƏFƏSİ



Üçüncü problem:

Məlumdur ki, İslam dini öz təlimlərinin bəyanında fəlsəfənin ona uyğun olub-olmamasını nəzərə almır. Yəni, biz İslamın əsaslarını fəlsəfi yolla aşkarlaya bilmərik. Elə isə İslam fəlsəfəsinin islami olmaq meyarı nədir? Ümumiyyətlə, fəlsəfənin öz xarakterik xüsusiyyətini qoruyaraq islami də olması mümkündürmü ki, bununla da yəhudi, xristian, qərb və şərq fəlsəfsindən fərqlənsin?

Cavabımız müsbətdir. Bunun cavabını ikinci məsələmizə girişlə veririk:

2. İslam fəlsəfəsinin olması mümkündürmü?

İslamın vəhydən qaynaqlanan təlimləri fəlsəfədə öz sözünü deməkdən əlavə, ona öz həqiqi təsirini də göstərə bilər. İslamın fəlsəfəyə dörd növ təsiri vardır:

1.       Cəhətvermədə təsir:

İslam dininin təlimlərinin hamısı eyni əhəmiyyət daşımır. Dinin öz baxışından da onlardan bəziləri çox mühüm, bəziləri mühüm olub, digərləri isə cox az əhəmiyyət kəsb edirlər. Məsələn: İslam dinində Allahı tanımaq özünəməxsus əhəmiyyətə malıkdir. Məhz buna görədir ki, kafirlik və Allaha şərik qoşmaq ən böyük günahlardan sayılır. Sonrakı mərhələdə məad və qeyb aləmi məsələləri daha çox əhəmiyyət kəsb edir. Aydındır ki, dinə inanan bir filosof üçün bu məsələlər ön planda olur və o, həmin məsələlərin axtarışına daha çox vaxt sərf edir. Buna əsasən hər bir din öz əhatəsində inkişaf edən fəlsəfəyə istiqamət verir. Əlbəttə, mümkündür ki, bu istiqamətləndirmə dolayı şəkildə olsun. Yəni, dinin özündən qaynaqlanan mistika və teologiya fəlsəfənin inkişafına təsir göstərsin və nəticədə fəlsəfədə daha dərin və geniş istidlallar əmələ gəlsin

2.       Məsələ meydana gətirmədə təsir:

Hər bir din özünün varlıq barədəki təlimləri ilə fəlsəfədə yeni məsələləri öndəmə gətirir və nəticədə bu yeni məsələlər fəlsəfədə bəhs olunur. Dindar filosof onların hamısını həqiqi və düzgün bilir, amma fəlsəfəsində həll olmadığı üçün onlar üçün əqli sübut və dəlillər tapmağa cəhd edir. Bununla fəlsəfədə yeni məsələlər əmələ gəlir.

Bəzilərinə elə gələ bilər ki, bu iki növ təsir fəlsəfəni sxolostikaya (kəlama) çevirməkdir. Çünki dini məsələləri müdafiə etmək mütəkəllimin vəzifəsidir, filosofun yox. Fəlsəfə bəhsləri isə tam azad olmalıdır.



back 1 2 3 next