İmamlar (ə) – dan şəfaət İstəmək




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Vəhhabilərin nəzərinə görə Peyğəmbər(s), imamlar(ə) və Allahdan başqa, hər bir mövcuddan şəfaət istəmək və təvəssül, şirk və haramdır. Onlar bu məsələni isbat etmək üçün, 

”“Allahdan başqa heç kəsə ibadət etməyiın”[1]şərif yəsinə istinad  edib deyirlər: فلا تدعوا مع الله احدا

  “Hər bir dua və çağırmaq ibadətdir. Əgər dua Allahdan qeyrisi üçün olsa, onu pərəstiş etmək mənasınadır və ona görə də şirkdir.”.

Duanın mənalarına yenidən bir baxış

 Dediyimiz kimi, “dua və çağırmağın” iki mə`nası var: Biri ümumi mə`na və o biri xüsusi mə`na. Duanın ümumi mə`nası budur ki, insan bir kəsi çağıra, səsləyə ya sual edə. Amma duanın xüsusi mə`nası, hansı ki, o mənada. “ürfi həqiqət” olmuşdur, təvəssül, hacət istəmək və çağırmaqdır ki, biz uca Allah üçün, həmçinin hər kəs öz Allahı və mə`budu qarşısında yerinə yetirir.

 Bütpərəstlər də, bütlərin qarşısında belə dua edirlər.

 Duanın ikinci mə`nası, onun ikinci dərəcəli mə`nasıdır. Hər vaxt siz desəniz: dua etmək istəyirik, “səhər duası”, “gecənin əvvəlinin duası” və bundan qeyri ibarətlər işlədirsiz, “dua” kəlməsini, onun ikinci mə`nasında işlətmisiniz. Bu işlətməyin iki ehtimalı var: Ya kullini öz əczalarından birinə şamil etmək cəhətindəndir, Çünki dua xüsusi mənada da, lüğətdəki duanın əczalarından sayılır. Ona görəki hər bir halda çağırmaqdır”.Allahummə inni əsəlukə” nidadır, “Ya Allah,ya Allah,ya Allah” nidadır.Həmçinin belə demək olar: “Dua” kəlməsi ikinci mə`nada (ibadət mə`nasında) çox işləndiyi üçün, ibadət onun ikinci mənası olaraq qəbul edilmişdir. Çünki ibadət bir iş ya sözdür ki, onda bir mövcud qarşısında son dərəcə təvazo və zəlillik olsun ki, insan onu malik, rəbb və tədbir edən bilir.

 Rəvayətlərdə gəlmişdir ki, “Əd-dua hiyəl ibadə”[2](Dua eyni ibadətdir) ya “Əd-dua moxxul ibadə”[3]

 

 (Dua ibadətin beynidir), məqsəd bu növ duadır. Sizin oğlunuzu səsləməyiniz isə ibadət deyil. Həzrət Nuh (ə) – da deyir:

”Rəbbi inni dəvtu qəvmi”.Mənası bu deyil ki, öz tayfasına ibadət etmişdir. Doğrudur,  tayfasını çağırıb, amma hər çağırmaq ibadət deyil,bəzi çağırmaqlar ibadətdir.

 Beləliklə, demək lazımdır “Fəla təd’u məllahi əhəda” ayəsinin mə`nası budur ki, Allahı çağırıb, ibadət duası yerinə yetirib və raz və niyaz etdiyin kimi, digərini çağırma. Bu söz doğrudur. Ona görəki heç vaxt, Allahı səslədiyimiz kimi, Allahdan qeyrisini səsləməməliyik.



1 2 3 4 5 6 7 next