İSLAMDA MƏHƏBBƏT VƏ SEVGİ



CAMALƏDDİN ŞÜKÜROV

Bu gün dünya hər zaman olduğundan daha çox dostluq, sevgi və məhəbbətə möhtacdır.

Məhəbbət iksiri beynəlxal arenada gərginliklərin aradan qaldırılmasının başlıca amili və hər tərəfli, əhatəli sülhə yetməyin yeganə yoludur. Lakin unutmaq lazım deyil ki, yalnız şüarla iksirə yetmək mümkün deyil. Bu iksirin əldə etməyin yolu özünü saflaşdırmaq və ümumi mədəniyyəti islah etməkdir. Bu yolda götürülməli olan ilk addım kin- küdurət, nifrət amilləri ilə mübarizə, ikinci addım isə sevgi təməllərinin möhkəmlənməsidir.

Məhəbbətin  mənası

وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ

Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!"[1]

Məhəbbət insana həzz verən bir şeyə qarşı rəğbət hiss etməkdir. Bu mənanı ifadə etmək məqsədi ilə bir çox dill

ərdə müxtəlif sözlər yaradılmışdır ki, hər birində diqqət məsələnin bir tərəfinə yönəldilmişdir. Bura da onlardan danışmağa ehtiyac yoxdur. Burada onlardan danışılması böyük əhəmiyyəti kəsb edən İslamın məhəbbət haqqındakı görüşləri, bu ilahi dinin məlum dəyərli xislət haqqında görüşlərinə dərin baxışdır ki, qeyd olunacaq ayə və hədislərin düzgün anlaşılmasında böyük rol oynayacaq.

Məhəbbət islam baxımından

İslama görə ideal cəmiyyətin yaranmasında ən böyük rol məhəbbətin üzərinə düşür. Bu məqalədə  qeyd olunan kəlamlar  açıqca göstərir ki, ideal cəmiyyət insanların qarşılıqlı sevgisi üzərində qurulan cəmiyyətdir. İslam,   bütün insanların bir- birlərini qardaş hesab etdikləri, bir- birlərinin uğrunda fədakarlıq edəcəkləri qədər sevdikləri cəmiyyət qurmaq istəyir. Buna səbəb odur ki, insanın ürəyi istədiyi cəmiyyətin formalaşmasında heç bir şey məhəbbət qədər təsirli deyil.



1 2 3 4 5 6 7 8 9 10 11 next