Həzrəti Məhəmməd peyğəmbər (s)- ın kəlamlarından




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Böyük potensial qüvvəyə, geniş məzmuna malik olan hikmətli sözlər, İlahi kəlamlar insanda dərin fikirlər, bəşəri hisslər oyadır, yüksək mənəvi- əxlaqı keyfiyyətlər yaradır. Müxtəlif tarixi dövrlərdə yaşamış filosofların, şair və yazıçıların, ictimai-siyasi, dövlət, elm və mədəniyyət xadimlərinin qiymətli kəlamları bu gün bəşəriyyətin mənəvi zənginlik mənbəyinə çevrilmişdir.

Ömrün 23 ilini xalqa peyğəmbər, yəni Allah- talanın bəndələrə göndərdiyi hökmləri və sifarişləri onlara yetirən, həm də müsəlmanların müdrik rəhbəri və məsləhətçisi olmuş Həzrəti Məhəmməd Peyğəmbər(s) müqəddəs kəlamları və hədisləri daha zəngin, çoxşaxəli və əhəmiyyətlidir. Rəsuli- Əkrəmin (s) müxtəlif həyat məsələlərinə aid dini ayinlər, ibadət, hüquq, əxlaq və məişət, insanların bir- birinə münasibəti, ictimai-iqtisadi və sair mətləblər barəsində çox gözəl kəlamları, hədisləri var. On dörd əsrdən artıqdır ki, Peyğəmbər (s)- ın hədisləri və kəlamları qəlblərə hakim kəsilib, bəşər dünyasının ən ülvü sərvəti kimi nəsillərin tərbiyəsində ən mötəbər qaynaqlardan biri sayılır. Ona görədə onların bəzilərini oxuyuculara çatdırmağı özümə borc bilirəm.

Elm haqqında

1.    Alimləri eşidin,çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.

2.    Elmi beşikdən qəbrədək öyrənin.

3.    Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.

4.    İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola.

5.     bir saar elm öyrənmək altmış illik ibadətdən xeyirlidir.

6.     Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya bənzər.

7.     Elm hər bir müsəlmana, istər kişi olsun, istər qadın vacıbdir



1 2 3 4 5 next