Məhdəviyyət ideyası




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

          Hər hansı bir nicat verənin, zülmlə dolmuş dünyaya dalət bəxş edənin zühuruna etiqad təkcə dinimiz islama xas əqidə deyil, bəlkə tamam dinlər, hətta məzhəblər qədimdən bu günəcən axirəzzəmanda bir xilaskarın vasitəsi ilə dünyada ədalətin bərpa olunmasına inanır. İntizardadırlar ki, bir gün gələcək. O, nahaq yerə günahsızların axıdılan qanlarına, süngülərdə doğranan məsum körpələrin zarıyaraq keçinməsinə, gözü yaşlı ana-bacıların əli qoynunda ah-naləsinə cinayətlərə və hər növ ədalətsizliklərə son qoyacaq. Çətinliklər həmişə bizimlə olmayacaq. Yaxında nicat sahili görünəcək. Ssanki günəş yenidən doğacaq. Yer üzü ədalətlə gülüstana çevriləcək. Yaşadığımız kürədə bahar nəsimi əsəcək, rəhmət və bərəkət leysanları yağacaq. Dünyaya ədalət, sülh və əmin-amanlıq hakim olacaq. Çünki zülmdən dolmuş dünyanın ədalətlə, ədalətin isə məhz islahedicinin vücuduna ehtiyacı vardır.

          Bəli xilaskarın zühuruna inam əqidəsi bütün dinlərdən o cümlədən "Məsihi, Yəhudi, Zərdüşt, Buddizm, Krişna və s... din və təliməlrində mövcuddur. Hətta nə təkcə din, bəlkə bu fitri inam başqa millətlərdə də olmuşdur. Qədim çinlərin, Hindlərin, Skandinaviyalıların, hətta qədim misirlilərin, meksikalıların və bir çox başqa xalqların da kitablarında islahedicinin zühuruna intizarı olmuşdur. Və bu barədə dinlərin müqəddəs və tanınmış dəyərli kitablarında, "Quran"da, "İncil"də, "Tövrat"da, Davududun (ə) "Zəbur"unda və "Məzamir"ində, Zərtüştlərin "Zənd" və "Cəmasibnamə"sində, Hindlərin "Belincuk"və "bask" və digər kitablarda ona işarələr olunmuş, bəhslər edilmişdir.

          Xilaskarın zühuruna inam əqidəsi təkcə dinimiz islamda yox, bütün dinlərdə o cümlədən "Məsihi, Yəhudi, zərdüştlük, Budizm, Krişna və s...din və təlimlərdə mövcuddur.

          Həmin islahatçı kimdir?

          Bu müştərək əqidədə ümdə ixtilaf xilaskarın kimliyində və şəxsiyyətinin təyin etməkliyindədir. Başqa dinlərdə gözlənilən xilaskarın onların dininə mənsub peyğəmbər və ya hər hansı böyük bir şəxsiyyətin diri olub, zühur edəcəyi söylənilir. Biz müsəlmanların köklü əqidəsinə əsasən gözlənilən xilaskarın məhz sonuncu Peyğəmbərin (s) nəslindən onun sonuncu övladı, 12-ci haq canişini, Əlinin (ə) və Fatimənin (s.ə) cigər parası həzrət Mehdi Sahibəz-zəmandır. O həzrət hicri qəməri təqvimi ilə 255-ci ildə dünyaya gəlmiş, beş yaşından sonra qeybətdə olmuşdur.

          İnsan da 1200 il yaşaya bilərmi?

          Burada çox maraqlı bir sual ortaya çıxa bilər, Məgər bir bəşər övladı da 1200 il yaşaya bilərmi? Bu təbiət qanunlarına zidd deyilmi? Onun qeyri adi ömrünü isbat edən hər hansı bir dəlil varmı? Zənnimcə bu sualın cavabını verməxdən öncə, İmamın hal-hazırda harada olmasını, "Qeybət"dədir sözündəki məfhum və mənanı aydınlaşdırmalıyıq.

          İmamın "Qeybətdə"-dir sözündə məqsəd bu deyil ki, İmamın vücudu "görünməzdir", belə düşünsək onun vücudu təkcə xəyalı təsəvvür olardı. Bəlkə "İmam qeybətdədir" sözündən məqsəd "görünməz" yox "tanınmaz"-dır. Çünki o cənab hər cəhətdən təbii yaşayır, hər zaman insanlar arasındadır. Müxtəlif yerlərdə olur. Hətta bütün həcc mərasimlərində o həzrətin hüzuru vardır. Tanınmaz halda ictimadadır, get-gəl edir. Bəzən xas möminlərə özünü tanıtdıraraq onlarla yaxından ünsiyyətdə olur.Çətin elmi, fiqhi məsələlərdə onlara təlim verib, müşküllərində məsləhətçilik edir.

          Yəqin ki, əziz oxucularıma görünməzlə tanınmaz məfhumunun arasındakı fərqli cəhəti çatdıra bildim.

          Amma onun barəsində əgər biz istisna bir hal görürüksə, bu onun ömrünün qeyri adi dərəcədə uzun olmasıdır. Bəli imam müstəsna ömrə malikdir. Adi bir Adəm övladı bu qədər yaşaya bilməz, bəs bir ümmətin rəhbəri, zəmanənin sahibi və imamı, axirəz-zəman xilaskar necə? Bu sualın cavabını aşağıdakı dəlillərlə isbat etmək olar:



1 2 3 next