Vahid ümumdünyəvi hökumət.Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Islam bütün dünya insanlarının ayini və bəşər cəmiyyətinin dinidir, amma bu ümumdünyəvi cəmiyyət Laynis Palink və bir sıra başqa mütəfəkkirlərin dediyi, vahid ümumdünyəvi hökumət adı ilə dəm vurduqları və vahid ümumdünyəvi hökumət tərəfdarlarının buraxdığı jurnallarda onun haqqında fikirlər yürütdükləri ümumdünyəvi cəmiyyət deyildir. Çünki, əgər o hökumətin bir gün dünyada təsir ediləcəyini fərz etsək də, birinci və ikinci dünya müharibəsindən sonra təsis edilən beynəlxalq təşkilatlar kimi (necə ki, Stravos kimi o nəzəriyyənin müxalifləri də bu fikirdədirlər) bəşəriyyət üçün zəhmətə, azadlığın zəbt olunmasına səbəb olacaq və güclülərin zəiflərə ağalıq etmək adətinə çevriləcəkdir. Vahid ümumdünyəvi hökumət nəzəriyyəsinin tənqidçilərinin sözü ilə desək, dünyada modern bir zülmün yayılmaq vasitəsinə çevriləcəkdir. Çünki onların nəzərdə tutduqları hökumət Allaha iman, tövhid və hamı üçün mənəvi ortaqlığı olan bir əqidəyə əsaslanmır və insanların başqalarının hüquq və azadlıqlarına olan həqiqi imanı əsasında vücuda gəlmir. Bu cənabların dedikləri hökumət budur ki, sivilzasiya və insan nəslini təhlükə qarşısında qoyan kütləvi qırğın və atom silahlarının geniş həcimdə yayılması prossesi, əgər ümumdünyəvi bir cəmiyyət və vahid hökumət olmasa, axırda, istər-istəməz, insan nəslinin kəsilməsi ilə nəticələnəcəkdir, deməli bu təhlükənin qabağını almaq üçün indidən dünya ictimayəti müəyyən bir qanun əsasında ümumdünyəvi bir hökumət təsis etməlidirlər. Bu hökumət nə yaranacaq, əgər yaransa, nə icra mexanizminin zəmanətçisi olacaqdır, nə insanı müharibə və fitnəyə çəkən şəhvət və meyilləri hamar edib, düzgün şəkildə hidayət edəcəkdir, nə də dünyada iman və insanlıq dəyərlərinə əsaslanan bir dövlət əmələ gətirəcəkdir. İman qardaşlığı
İslamın dediyi dövlət isə həm icra qanunların icra olunmasının zəmanətcisidir, həm əqidə və iman onun arxasında durur, həm insanları qardaşlaşdırır və həm də onların qərizə və meyillərini düzgün istiqamətə yönəldir. Islamın əvvəllərində bu məsələ həyata keçdi və bu gündə qarşıya çıxan çətinliklər və islam məmləkətlərini bir-birindən ayrı salan sərhədlərin törətdiyi manelərə baxmayaraq, dünyada yaşayan yüz milyardlarla müsəlman özünü bir cəmiyyətin üzvü bilir, bir-birinə qarşı qardaşlıq hissi keçirir və qəm və sevinclərində bir-birləri ilə şərik olmaq istəyirlər. Ümumdünyəvi islam cəmiyyətinin başqa cəmiyyətlərdən – böyük ya kiçik, indi dünyada mövcud olan cəmiyyətlər ya İslamdan qabaqkı cəmiyyətlərdən, üstünlüyü budur ki, bu cəmiyyətdəki bütün işlərin qayəsini Allah və Allahın hökümləri təşkil edir və İslam təlimləri ümumdünyəvi cəmiyyəti idarə etmək üçün yetərli və kifayətdir. İmanın rolu
Bu cəmiyyətin əsas səngəri, mərkəzi və həqiqi gövhəri tövhid əqidəsi və hamının xaliqi və ruzi verəni yeganə Allaha imandır və hər kəsin təqva və pərhizkarlığı daha artıq olsa, ona daha yaxındır. Bu ümumdünyəvi islam cəmiyyəti elə bir həqiqi meyara malikdir ki, heç bir şəxsə məxsus deyildir və hamı ona bağlıdır. Laynis Palinkin və dostlarının dediyi ümumdünyəvi cəmiyyət isə vahid bir həqiqi meyara söykənmir və ona meyl etməyin səbəbi qorxu və dünyanı bürüyən və onu məhv edən müharibələrdən vəhşətə gəlməkdir . Islam tövhid əqidəsi ilə xalqın tərzi-təfəkkürünü dəyişir, təfəkkür səviyyəsini yuxarı qaldırır və insanların dünyagörüşlərini genişləndirir və onlar müharibədən qorxmadan, viranedici silahlardan vəhşət etmədən bir-birinə yaxın olur və bir-birini başa düşürlər. Bizim yəqinimiz vardır ki, bir gün gələcək bu ümumdünyəvi islam cəmiyyəti bütün aləmi idarə edəcəkdir. Dinlərin birliyi, hökumətlərin birliyi siyasi sistemlərin və qanunların birliyi həyata keçməyincə və dünya belə bir birliyə gəlib çatmayınca, İslam öz misiyasının hamısını yerinə yetirməmişdir. Xoşbəxtlikdən bu vəhdətlərin əsl tərəfdarları insanların içərisində hər gün daha çox olur və deyildiyi kimi, artıq ümumdünyəvi hökumət və cəmiyyət təşkil etmək fikri ortaya çıxmış və vəhdət şüarı ilə çıxış edən və bütün dünya millətləri arasında əlaqələr qurmaq üçün təsis edilən təşkilatlar və beynəlxalq cəmiyyətlər meydana gəlmişdir. Baxmayaraq ki, bu cəmiyyət və təşkilatlar daha çox xalqı aldatmaq niyyəti və siyasi məqsədlər daşıyırlar, amma bununla belə bu həqiqətdən xəbər verir ki, ümumi bir birlik, ictimai, dini və siyasi bir vəhdət insan ruhi və fitrətinin istəyidir. Həmin məcazi hərəkət həqiqi hərəkətlərin müqəddiməsi və bəşəriyyətin o ümumdünyəvi islam hökuməti üçün reyal hazırlığıdır. Vəhdət zəminlərinin hazır olması
Qabaqlar ümumdünyəvi cəmiyyətin təşkil olunması fikri daha az gündəmə gətirilir və İslamın bu sahədəki təlimlərinə daha az diqqət yetirilirdi. Onun səbəbi bu idi ki, qədimki rabitə vasitələri ilə ümumdünyəvi cəmiyyəti təşkil etməyi çox çətin və bəlkə qeyri-mümkün sayırdılar, amma bu gün teleqraf texnoloqiyası, televiziya, radio, təyyarə və başqa vasitələr şəhərləri – hədis və rəvayətlərdə xəbər verildiyi kimi – bir-birinə yaxınlaşdırmış və dünya əhalisini bir məhəllənin sakinləri kimi etmiş və bir ailəyə çevrilmişdir. Bu, mütərəqqi və kamil islam təlimləri sayəsində təşkil olunacaq ümumdünyəvi hökumətin zəminlərini də hazırlamışdır. Elm və texnika inkişaf etdikcə, ali islamın hökümlərini icra etmək zəmini də daha hazır və din övliyalarının verdiyi bəşarətlər reyallığa çevrilməyə daha yaxın olurlar. Getdikcə milli və fərdi mövqeyyət və qüdrətlər dünyada zəifləyir və bütün millətlər birbaşa, ya dolayısı ilə dünyanın taleyinin təyin olunmasında dəxalət edir,[1] məhəlli qrum və qanunlar aradan gedirlər. Bütün bu siyasi sistemlərin yerini tuta bilən və hamını ədalətli şəkildə idarə edə bilən yeganə siyasi sistem islam dəyərlərindən doğan siyasi sistemdir.
|