TARİXDƏ UZUNÖMÜRLÜLƏRİN SƏRGÜZƏŞTİ




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Baxmayaraq ki, keçən səhfələrdə çox uzun ömrün mümkünlüyünə aid kifayət qədər izahlar verildi, lakin əziz oxucuların bilməkləri üçün ki, bu mövzu tarixi baxımdan da həmişə bəşəriyyət tərəfindən qəbul edilmişdir, oxucuların mötəbər tarix və bioqrafiya kitablarına müraciət etməsini məsləhət bilirik. Xatırladırıq ki, bu kitabların müxtəlif yerlərində çoxlu uzunömürlülərin bioqrafiyasının dərc edilməsindən əlavə, xüsusi olaraq uzunömürlülərin tərcümeyi-halı barəsində də kitablar yazılmışdır. Misal olaraq bu kitabların adlarını çəkmək olar: Əbi Hatəm Sicistaninin (vəfatı 248 hicri-qəməri ya 250 hicri-qəməri) “Əl-müəmmirun” kitabı, bu kitab ilk dəfə ingilis tərcümə variantı ilə birlikdə, 1899-cu ildə Londonda çapdan çıxmışdır və son günlərdə də təkrar çap olunmuşdur. Şeyx Mofidin qələmə aldığı “Kəmaləd-din” və “Qeybət” kitablarının, Şərif Mürtəzanın qələmə aldığı “Amali” kitabının bir bab ya fəsli xüsusi olaraq bu mövzu haqqındadır.

Hər kəs bu kitablara müraciət etsə, başa düşər ki, boş yerə söhbət bu qədər uzanmayıb və onun üçün yəqin hasil olar ki, tarixin bütün bu nəql etdikləri mənbəsir və məchul deyildir və bəşərin ömürünün müəyyən bir sərhədi yoxdur, qəribəliklərlə dolu qoca tarix saysız-hesabsız uzunömürlü insanların həyat səhnəsi olmuş və bu torpağın üzərində çox insanlar Həzrət Vəli Əsrdən – ruhumuz ona fəda – daha artıq ömür sürmüşlər.

Aydındır ki, bizim uzunömürlülərin tarixindən bildiklərimiz və əlimizdə olan bioqrafiya kitablarında yazılanlar bu böyük dünyanın kiçik bir hissəsinin tarixidir. Əgər başqa millətlərin tarixləri də bizim əlimizdə olsaydı və əgər əvvəldən uzunömürlülərin sərgüzəştini qoruyub saxlamağa padşahların sərgüzəşti qədər əhəmiyyət verilsəydi, indi uzunömürlülərin tarixi sərgüzəştləri başqa tarixlərdən daha geniş olardı.

Bütün bunlarla yanaşı, biz istəyirik ki, əlimizdə olan kitab və mənbələr üzündən tərtib olunmuş, uzunömürlülərin adlarını özündə əks etdirən bir cədvəl oxucularımıza təqdim edək, lakin gördüyünüz kimi tarixdəki, keçmişdə və indiki bütün uzunömürlülərin siyahisini əldə etmək, hətta əlimiz çatan həmin tarix kitabları və mənbələri həddində, çox vaxt və əlavə fürsət tələb edir. Biz, yalnız, nümunə olaraq, onların bir hissəsinin adını qeyd etməklə kifayətlənərik, necə deyərlər “Mümkünlük və qeyri-mümkünlükdə oxşarların hökmləri birdir”.

Bəzi uzunömürlülərin adları

1-    Adəm, 930 il.

2-    Şis, 912 il.

3-    Ənuş, 905 il.

4-    Qinan, 910 il.

5-    Məhəlləil, 895 il.



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 next