Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın zühuruna verdiyi müjdələr haqqında.



Qeybə iman

1 الذين يؤمنون بالغيب

Nübuvvət və haqq dinlərin mərkəzi nöqtəsi, ənbiya və peyğəmbərlər məktəbini başqa məktəblərdən fərqləndirən əsas cəhət qeybə inamdır.

Peyğəmbərlər maddə və şəhadət aləminin şüur və qeyb aləmi ilə əlaqəsini bəyan etmiş və insanları qeyb aləmləri ilə tanış etmişlər.  

Qeybə iman, yəni hiss üzvlərindən gizlin qalan şey və varlıqlara iman bəsləmək, istəyir onu daxili hiss orqanları və əql qüvvəsi ilə dərk etmək mümkün olsun, məsələn, Allahın varlığı, onun sübutiyyə və səlbiyyə sifətləri, məad, behişt, cəhənnəm və mələklər kimi, istəyir mümkün olmasın, məsələn, Allahın zat və sifatının, mələklər və ruhların həqiqi mahiyyəti kimi; istəyir keçmiş hadisə və proseslərə aid olsun, istəyir gələcək proseslərlə bağlı olsun.

Allaha iman, mələklərə iman, bərzəx aləminə iman, behişt və cəhənnəmə iman, vəhy və peyğəmbərlərin qeyb aləmlərindən, keçmiş və gələcəkdən xəbər verdikləri şeylərə iman, bunların hamısı qeybə imandır.

Qeybə iman ya əqli dəlillərə söykənir, ya da nəqli dəlillərə əsaslanır, əgər onun istinadı nəqli dəlillər olarsa, gərək qeyb elə bir şey olsun ki, onun mövcudluğu və baş verməsini ağılın qəbul etdiyi prinsiplər inkar etməsinlər və onun varlıq və baş verməsini ağıl ehtimal versin.

Ağıl bir şeyin varlığının mümkünlüyünü təsdiq edərsə, ya onun qeyri-mümkünliyini isbat edə bilməzsə, mötəbər nəqli dəlillərlə ona inanmaq məqbul, lap demək olar ki, ağılın hökmü ilə zəruridir.

İlahi dinlər saleh əməllərin qəbul olma şərtini qeybə iman hesab edir, əxlaqı mötədillik, insani fəzilətlərin kamillik və təkamülünü onun sayəsində mümkün sayırlar. Adətən, peyğəmbərlər və ilahi rəhbərlərin haqq çağrışları o zaman insanların ruhunda lazımı təsir qoyur ki, qeyb aləminin və bu maddə aləmin arxasındakı aləmin  mövcudluğuna ehtimal versinlər.

Məhdinin və axirəz-zəmanda üzə çıxacaq bir islahatının zühuruna iman gətirmək böyük islam peyğəmbəri tərəfindən xəbər verilən qeybi məlumatlardan biridir və onu təsdiq etmək vacibdir.

O zamanlar Peyğəmbər (s) bu xəbərləri verəndə müsəlmanlardan bir nəfəri də o Həzrətin sözlərinin doğruluğunda və xəbərlərinin düzlüyündə şəkk və şübhə etmirdi və hamı onu qəbul edirdi, indi də müsəlmanlar və o Həzrətin nübüvvətinə iman gətirənlər həmin inam və imana malikdirlər.



1 2 3 4 5 next