İmam Əliyyən Nəqi (əleyhissəlam)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ON IKINCI MӘ᾽SUMIMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIMAMIN ŞӘXSIYYӘTIAdı: Әli Ləqəbi: Hadi və Nəqi Künyəsi: Әbülhəsən Atası: Həzrət imam Məhəmməd Təqi (ə) Təvəllüdü: Hicri 214-cü il Imamlıq müddəti: 34 il Ömrü: 40 il Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təz tərəfindən şəhid oldu. Məzarı: Iraq, Samirra şəhəri. TӘVӘLLÜDÜHadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.
|