TÖVBƏ



TÖVBӘ VӘ YA ALLAHA TӘRӘF QAYIDIŞ

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Qur'ani-Kərimdә tövbә mәsәlәsinә xüsusi әhәmiyyәt verilmişdir. Belә ki, bu müqəddəs kitaba nәzәr saldıqda, orada yeddi dәfә “Tubu”, yә'ni tövbә edin sözünü görürük. Allah taala buyurur:

«Ey iman gәtirәnlәr! Allaha tәrәf hәqiqi (doğru vә davamlı) tövbә edin ki, günahlarınızı bağışlayıb, sizi aşağısından çaylar axan cәnnәtlәrә daxil etsin».[1]

TÖVBӘNİN MӘ`NASI

«Tövbә» әrәb sözü olub, lüğәtdә qayıdış mә'nasını daşıyır.

Әllamә Hilli (r.ә.) tövbә haqqında belә deyir:

«Tövbә keçmiş pis işə peşman olub, onu tәrk etmәk vә gәlәcәkdә bir daha o (pis) işi təkrar etmәmәk üçün ciddi qәrara gәlmәyә deyilir”.

Keçmişdә vacib әmәllәrin tәrk edilmәsi, hәmçinin görülmüş pis işlәr üçün peşman olub, tövbә etmәk alimlәr icması tәrәfindәn vacib sayılır.»[2]

Elə buna görə də insan heç vaxt günahlarının çoxluğuna görə mә'yus olmamalı vә öz sәadәti üçün Allaha tәrәf qayıtmalıdır. Onun fitrәtindә Allah istәyi qoyulduğundan, günahlar vasitәsi ilә bu istәkdәn uzaqlaşan şәxs, bir daha geri qayıtmalı vә tövbә etmәlidir.



1 2 3 4 5 6 next