ALLAHŞÜNASLIQ, ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ



1– İmam Səccad əleyhissalam buyurur… Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et… Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...

Biharul-ənvar 90÷187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə ÷572.

 

2– Rəsuli-əəm (s.ə.v.v.) buyurur… Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

Xisal ÷322.

 

3– İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur… Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.

Nəhcül-bəlağə, kəlimati-qisar÷129.



1 2 next