Səfura; Şüeyb (ə)ın qızı




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Mütərcim : Ələddin məlikov

Quranda nümunə qızlardan da söhbət açılıb. Onları tanıtdıraraq, onların yaxşılıqlarını tərifləmişdir. Onlar Həzrəti Şüeyb (ə)in qızlarıdır.

Quran onların dastanını Həzrəti Musanın dastanının ortalarında bəyan etmişdir.

Musa bir sıra məsələlərə görə şəhəri tərk etmək məcburiyyətində qaldı. Öz canının nicatı üçün Firondan başqa bir diyara öz qoydu. O şəhərdən çıxdı. Öz Allahı ilə zümzümə edirdi: "Ey Tanrım məni zalım camaatın əliundən nicat ver və azad et".

O yolları keçə - keçə Mədyən şəhərinin yaxınlığınacan gəldi. Mədyən Şüeybin yaşadığı şəhər idi. Orada dedi: Ümidvaram ki mənim Allahım məni düzgün və möhkəm yola hidayət edəcək. Yenə gəldi tainki su quyusuna çatdı və müşahidə etdi ki camaatın bir çox hissəsi oraya yığışıblar və öz qoyunlarına su verirlər. Burada Quran buyurur:

Yəni “Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan iki qız görüb dedi: “Çobanlar sulayıb getməmiş biz qoyunlarımıza su vermirik. Atamız da yaşlı bir qocadır. Buna görə qoyunları sulamağa biz gətiririk” – deyə cavab verdilər”.

Baxın bu həyalı, nəcib və şəxsiyyətli qızlar deyirlər: Nə qədər ki bu camaat və bu çobanlar var biz suya yaxınlaşmırıq. Onlar getdikdən sonra quyunun suyundan istifadə edib evə dönürük. Yəni biz kişilərlə qarışmağı sevmirik. Baxmayaraq ki işimiz təxirlə üzləşir və gözləməli oluruq. Biz işin gecikməsini özümüzdə qəbul edirik, lakin ləyaqətsiz vəziyyəti qəbul etmirik ki naməhrəm kişilərlə qarışaq. Nəticədə öz evimizin, xandanımızın, imanımızın və dinimizin hörmətini sındıraq. Xülasə özlərinin dini şəxsiyyətlərini heç şeylə əvəz etmirdilər. Şəxsiyyətsiz qızlar insani dəyərlərdən, asimani sərmayələrdən məhrum qalaraq, etibar və əsilliklərini ən az şeylərin qarşısında unudurlar. Tez müddətdə biganələrin rəngini özlərinə alırlar. Nəticədə İslamın və Quranın düşmənlərinin ardınca gedirlər və özlərinin uca, iffətli, pak və təqvalı məqamlarını əldən verir, pozğun və dəyərsiz olurlar.

Amma özünü tapmış insanlar örpəyin, paklığın və naməhrəm kişilərlə qarışmamağı hər şeydən üstün tutaraq, meydana gələn məhdudluqları və məhrumluqları qəbul edərək, maddi cəhətdən problemlərlə üzləşmələrini də qəbul edirlər.

Bəli Şüeybin qızlarının söhbıti Musanın sualının cavbabında qanedici idi. Xüsusi olaraq Həzrəti Musa üçün ki, İlahi peyğəmbər idi. Məhz iman və təqvaya görə möhtərəm iki qızın dediyini yaxşı dərk etdi. Elə bir cavab eşitdi ki verdiyi sual nöqteyi nəzərindən onun üçün heç bir qaranlıq nöqtə qalmadı.

Bəli bu məsələni oxuyan hər bir şəxsin şüurunda formalaşaan burada sual meydana çıxa bilər. Sual bundan ibarətdir ki, niyə həzrəti Şüeyb özü suyun hazırlanması üçün gəlmir və qızlarını göndərirdi?

İndi baxın bu əziz qızların öz atalarına nisbət mehribanlığı, ürəkyanmaları, xeyirxahlığı və diqqətli olmaları nə dərəcədədir:



1 2 3 4 5 6 7 8 next