Bismillahir-rəhmanir rəhim




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Bismillahir-rəhmanir rəhim

Şura üzvləri qabaqcadan təyin olunmuş məkanda toplaşdılar. Və bə`zi rəvayətlərə görə bu məkan Mesvər ibni Məxrəmənin evi idi. Məclisdə söhbət bundan gedirdi ki, kim xəlifə olmağa daha layiqdir? Bu zaman Əmirəl Mö`minin Əli (ə) buyurdu: «Sizin heç biriniz məndən qabaq xalqı haqqa tərəf dəvət etməmisiniz. Və mən sizin hamınızdan əvvəl yaxınlara, qohum-əqrabalara baş çəkməyə və Allahın bandələrinə yaxşılıq edib köməklik göstərməyə başlamışam. Deməli, siz mənim sözlərimə qulaq asmalı və məntiqimi dinləməlisiniz. Çox güman edirəm ki, bu gündən belə (sizin Osmanı xəlifə seçdiyiniz üçün) xalq tərəfindən hakimiyyətin əleyhinə qılınclar qalxacaq və əhd-peymanlar sındırılacaq. İş o yerə çatacaq ki, sizin bə`ziniz azğın qruplara rəhbərlik edəcəksiniz. Və cahillərdən aratıq nadanlıq edəcəksiniz.»

Əbu Təlhənin hədələməsi

Əbu Təlhə iclasa daxil olub dedi: And olsun Allaha ki, Ömərin canı onun əlindədir, sizin yalnız üç gün vaxtınız vardır. Və sizə bu müddətdən artıq heç bir möhlət verilməycəkdir. Tez bir zamanda aranızdan rəhbər seçiniz.

Nəhayət üçüncü gün yetişdi... Təlhə ayağa qalxıb öz namizədlik hüququnun Osmana həvalə olmasını e`lan etdi. Təlhənin bu işi uzun illər boyu Həzrət Əliyə (ə) olan kin-güdurətindən qabağa gəlirdi. Buna baxmayaraq Zübeyr ayağa qalxıb İmam Əlinin (ə) hakimiyyətə yetişməsini dəstəklədi. Sə`d ibni Əbi Vəqqas isə öz hüququnu Əbdül Rəhamana həvalə etdi. (Və təbiidir ki, Əbdül Rəhman da öz kürəkəni Osmana səs verəcəkdi. Elə iş bu cür də oldu.)

Nəticədə İmam Əli (ə) bir səs gətirdiyi üçün hakimiyyətdən kənarlaşdı. (Və Osman iki səslə xilafətə yetişdi.)

Əbdül Rəhman ibni Ovfun mövqeyi

Əbdül Rəhman ibni Ovf öz bacısı oğlu Mesvəri çağırıb dedi: Ey Mesvər, get Əlini (ə) və Osmanı çağır və camaatı bura topla.

(Camaat yığılışıb Əbdül Rəhmanın yanına gəldikdə) Onlara üzünü tutub dedi: Ey camaat mənim ilə məsləhətləşin!

Emmar ayağa qalxıb dedi: Əgər istəyirsən müsəlmanların arasında ixtilaf düşməsin Əliyə (ə) səs ver.



1 2 3 4 next