TİBBİ HƏDİSLƏR ENSİKLOPEDİYASI



Çevirən: ƏLƏDDİN MƏLİKOV

Tibb elmi İslam baxışında

Tibb elminin əhəmiyyəti

- Peyğəmbər (s) buyurdu: Elm iki növdür: Dinlərin elmi və bədənlərin elmi.[1]

- Peyğəmbər (s) buyurdu: Elmlər dörd növdür: Fiqh dinlər üçün, Tibb bədənlər üçün, Nəhv (sintaksis) dil üçün və astaronomiya zamanları tanımaq üçün.[2]

- İmam Əli (ə) buyurur: Bilik üç növdür: Fiqh dinlər üçün, Tibb bədənlər üçün və Nəhv (sintaksis) dil üçün.[3]

- İmam Baqir (ə) Cabir Cəəfiyə sifarişində buyurur: Bil ki, Heç bir bilik sağlamlıq elmi kimi deyil və Heç sağlamlıq da ürək sağlamlığı kimi deyil.[4]

- İmam Sadiq (ə) buyurur: Bütün abadlıqda yaşayan cəmiyyətlər üç dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah aparsınlar: Bilikli və pərhizgar fəqih (müçtehid), yaxşı və ədəbli hakim və agah və etimad olunası həkim.[5]

Peyğəmbərlərin və İmamların Həkimlik elmindən agahlığı

- Fərəcul- məhmum: Əbu ishaq Tertusinin Əbdullah ibn Malikə məktubunda belə görmüşəm: Tanrı Adəmi behiştə endirdi və onu bütün şeylərin elminə agah etdi. Nucum və tibb Allahın ona bəxş etdiyi elmlərdən idi.[6]

- İləlul-Şəraye: Rəbi, Hacib Mənsur Abbasidən nəql edir: Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, Hindli kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdulla! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 next