BAĞIŞLANMAQ İSTƏYİ




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

435–Əmirəl-mö`minin Əli əleyhissalam buyurdu:  Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin.

Biharul-ənvar /6/22.

***

436–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Allahın bütün ne`mətlərinə şükr edir və hər bir yaxşı işi Ondan diləyir, bütün pisliklərdən Ona pənah aparır və Ona sığınıram və hər bir günah üçün Ondan bağışlanmaq istəyirəm.

Biharul-ənvar /94/242.

***

437–İmam Baqir əleyhissalam buyurur:  Peyğəmbərdən (s.ə.v.v.) soruşdular ki, ən yaxşı bəndə kimdir? Buyurdu:  O bəndədir ki, yaxşı iş gördükdə sevinər, pis iş gördükdə isə bağışlanmaq istəyər, ona bir şey veriləndə təşəkkür edər, çətinliyə düşdükdə səbr edər və qəzəbləndikdə güzəştə gedər.

Xisal /317.

***

438–İmam Sadiq əleyhissalam buyurur:  Hər vaxt bir bəndə (Allahdan) bağışlanmaq istəklərini artırsa, nameyi-əməli parlayan halda yuxarı qalxar .

Məkarimul-əxlaq /313.