QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.

Kafi /2/302.

***

431–İmam Sadiq əleyhissalam buyurur:  Bütün pisliklərin açarı qəzəbdir.

Kafi /2/303.

***

432–İmam Riza əleyhissalam buyurur:  Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.

Həzrət buyurdu:  1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).

Biharul-ənvar /25/27.

***

433–İmam Sadiq əleyhissalam buyurur:  Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.

Kafi /2/303.

***

434–İmam Sadiq əleyhissalam buyurur:  Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu:  Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.

Kafi /2/303.