XOŞ XASİYYƏTLİK VƏ ONUN YAXŞI SƏMƏRƏLƏRİ



423–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar.

Biharul-ənvar /71/373.

***

424–İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu:  Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil.

Biharul-ənvar /78/111.

***

425–İmam Həsən Müctəba əleyhissalam buyurur:  Həqiqətən ən yaxşı şey gözəl xasiyyətdir.

Xisal /29.

***

426–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Gözəl xasiyyət üç şeydədir:  1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq).

Biharul-ənvar /71/394.

***

427–İmam Zeynəl-abidin əleyhissalam buyurur:  Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər.

Xisal /317.

428–İmam Sadiq əleyhissalam buyurur:  Üç şey vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər:  1. Yoxsul olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə).

Kafi /2/103.

***

429–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir.

Kafi /2/100