İmam Cə`fər Sadiq (əleyhissəlam)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

SӘKKIZINCI MӘSUM

IMAM CӘ᾽FӘR SADIQ ӘLEYHISSALAM

IMAMIN ŞӘXSIYYӘTI

Adı: Cə᾽fər

Ləqəbi: Sadiq

Künyəsi: Әbu Abdullah

Atası: Həzrət Məhəmməd Baqir (ə)

Təvəllüd tarixi: Hicri 80-cı il

Imamlıq müddəti: 31 il

Ömrü: 68 il

Şəhadət olduğu tarix: Hicri 148-ci ildə Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu.

Məzarı: Mədinədə Bəqi qəbristanlığı.

TӘVӘLLÜDÜ

Imam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anası Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mə᾽nəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.



1 2 3 4 5 6 7 8 9 next